IMCRA Publishing Platform

Online Manuscript Submission

Submit your manuscript to IMCRA Publishing through our secure editorial submission system. All submissions undergo editorial screening, academic evaluation, and peer review in accordance with scholarly publishing standards.

Manuscript Submission Form

Submitted manuscripts are evaluated by the editorial office based on originality, academic quality, relevance to the journal scope, ethical compliance, and scientific contribution.
  • Beynəlxalq ELmi Konfrans - Hüseyn Əhmədov 100

    Conference Proceedings

    Azərbaycan Təhsil və Pedaqoji Fikir Tarixi

    Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi
    Azərbaycan Dövlət Pedaqoji Universiteti
    Qərbi Azərbaycan İcması
    Azərbaycan Respublikasının Təhsil Şurası
    ADPU-nun Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi

    Akademik Hüseyn Əhmədovun anadan olmasının 100 illiyinə həsr olunmuş “Azərbaycan Təhsil və Pedaqoji Fikir Tarixi” mövzusunda keçirilən Respublika Elmi-Praktik Konfransının Materialları.

    Topluya akademik Hüseyn Mustafa oğlu Əhmədovun 100 illik yubileyinə həsr olunmuş Respublika Elmi-Praktik Konfransında təqdim edilmiş plenar məruzələr və elmi tədqiqatlar daxil edilmişdir.

    Nəşr Azərbaycan təhsil və pedaqoji fikir tarixinin araşdırılması, müasir təhsil problemlərinin öyrənilməsi, pedaqoji irsin qorunması və yeni elmi yanaşmaların təşviqinə xidmət edir.

    📌 Rəsmi məlumat

    Elmi-praktik konfrans Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin 17 mart 2026-cı il tarixli 3-29-68/2-542/26 nömrəli məktubu və Azərbaycan Dövlət Pedaqoji Universitetinin 08 iyul 2026-cı il tarixli 3/141 nömrəli əmrinə əsasən keçirilmişdir.

    Konfrans Nəşri haqqında

    Bu toplu akademik Hüseyn Mustafa oğlu Əhmədovun anadan olmasının 100 illiyinə həsr edilmiş Respublika Elmi-Praktik Konfransının materiallarını əhatə edir və Azərbaycan pedaqoji fikir tarixinin öyrənilməsi, müasir təhsil problemləri və pedaqoji tədqiqatların inkişafına həsr olunmuş elmi məqalələri bir araya gətirir.

    Nəşrdə plenar iclas məruzələri və elmi məqalələr aşağıdakı istiqamətlər üzrə təqdim edilmişdir:

    • Akademik Hüseyn Əhmədovun həyatı, pedaqoji fəaliyyəti və elmi irsi
    • Azərbaycanda təhsil və pedaqoji fikir tarixinin tədqiqi
    • Təhsil nəzəriyyəsi, praktikası və müasir təhsil çağırışları
    • Müasir məktəb: idarəetmə və tərbiyə strategiyaları
    • Fənlərin tədrisi metodikası və aktual problemləri
    İdeya müəllifi
    Asəf Zamanov

    ADPU-nun Elm və innovasiyalar üzrə prorektoru, fizika-riyaziyyat elmləri doktoru, professor, Əməkdar müəllim.

    Tərtib edən, ön sözün müəllifi və elmi redaktor
    Fərrux Rüstəmov

    ADPU-nun İbtidai təhsilin pedaqogikası kafedrasının müdiri, pedaqoji elmlər doktoru, professor, Əməkdar elm xadimi.

    Nəşr məlumatları

    Nəşriyyat Elm və Təhsil
    Nəşr ili 2026
    Həcmi 750 səhifə
    Təyinatı Tədqiqatçılar, ali və orta məktəb müəllimləri, doktorantlar, magistrantlar və təhsil idarəçiləri üçün.
    📍 Bakı, Azərbaycan   |   2026