IMCRA Publishing Platform

Online Manuscript Submission

Submit your manuscript to IMCRA Publishing through our secure editorial submission system. All submissions undergo editorial screening, academic evaluation, and peer review in accordance with scholarly publishing standards.

Manuscript Submission Form

Submitted manuscripts are evaluated by the editorial office based on originality, academic quality, relevance to the journal scope, ethical compliance, and scientific contribution.
  • PLENAR ÇIXIŞ: Ziyalılıq missiyası və yaşayan elmi ənənə: akademik Hüseyn Əhmədov – 100

    Cəfər Cəfərov
    Azərbaycan Dövlət Pedaqoji Universitetinin
    rektoru, tarix elmləri doktoru, professor
    office@adpu.edu.az

    Mə­ru­zə­də Azər­bay­can Döv­lət Pe­da­qo­ji Uni­ver­si­te­ti­nin ta­ri­xin­də müs­təs­na izi olan aka­de­mik Hü­seyn Əh­mə­do­vun 100 il­lik yu­bi­le­yi­nin el­mi və mə­nə­vi əhə­miy­yə­ti vur­ğu­la­nır. Ali­min 37 il Ümu­mi pe­­da­qo­gi­ka ka­fed­ra­sı­na rəh­bər­lik et­di­yi, 600-dən çox əsə­rin mü­əl­li­fi ol­du­ğu və zən­gin el­mi mək­təb ya­rat­dı­ğı qeyd olu­nur. SSRİ Pe­da­qo­ji Elm­lər Aka­de­mi­ya­sı­nın müx­bir üz­vü se­çi­lən H.Əh­mə­do­vun mil­li təh­sil fəl­sə­fə­si, pe­da­qo­gi­ka ta­ri­xi və kadr ha­zır­lı­ğın­da­kı müs­təs­na xid­mət­lə­ri diq­qə­tə çat­dı­rı­lır, onun bö­yük pe­da­qoq ki­mi ir­si­nin bu gün də ya­şa­dı­ğı bil­di­ri­lir.

    Açar söz­lər: aka­de­mik Hü­seyn Əh­mə­dov, AD­PU, pe­da­qo­gi­ka ta­ri­xi, el­mi mək­təb, yu­bi­ley

    Sum­mary

    The re­port emp­ha­si­zes the sci­en­ti­fic and spi­ri­tu­al sig­ni­fi­can­ce of the 100th an­ni­ver­sary of Aca­de­mi­ci­an Hu­seyn Ah­ma­dov, who left an ex­cep­tio­nal mark on the his­tory of Azer­bai­jan Sta­te Pe­da­go­gi­cal Uni­ver­sity. It high­lights that the scho­lar hea­ded the De­part­ment of Ge­ne­ral Pe­da­gogy for 37 ye­ars, autho­red over 600 works, and es­tab­lis­hed a rich aca­de­mic scho­ol. Elec­ted a cor­res­pon­ding mem­ber of the USSR Aca­demy of Pe­da­go­gi­cal Sci­en­ces, H. Ah­ma­dov's outstan­ding cont­ri­bu­ti­ons to na­tio­nal edu­ca­tio­nal phi­lo­sophy, the his­tory of pe­da­gogy, and per­son­nel trai­ning are bro­ught to at­ten­ti­on, un­ders­co­ring that his le­gacy as a gre­at edu­ca­tor con­ti­nu­es to li­ve on to­day.

    Key­words: Aca­de­mi­ci­an Hu­seyn Ah­ma­dov, AS­PU, his­tory of pe­da­gogy, aca­de­mic scho­ol, cen­te­nary.

    Si­zi - Azər­bay­can elm və təh­sil ca­meə­si­nin üzv­lə­ri­ni 105 yaş­lı uni­ver­si­te­ti­miz­də aka­de­mik Hü­seyn Əh­mə­do­vun ana­dan ol­ma­sı­nın 100 il­li­yi­nə həsr olun­muş konf­rans­da gör­mək­dən məm­­nun­luq du­yur, hər bi­ri­ni­zi hör­mət və eh­ti­ram­la sa­lam­la­yı­ram.

    Bir za­man­lar bu zal­da Hü­seyn Əh­mə­do­vun iş­ti­ra­kı ilə Azər­bay­ca­nın gör­kəm­li elm və sə­nət adam­la­rı­nın, şa­ir və ya­zı­çı­la­rı­nın, ic­ti­mai-si­ya­si xa­dim­lə­ri­nin yu­bi­ley­lə­ri ke­çi­ri­lər­di. Ulu Ön­­də­ri­miz Hey­dər Əli­ye­vin mil­li mü­əl­lim kadr­la­rı­nın ha­zır­lan­ma­sı ilə bağ­lı töv­si­yə və tap­şı­rıq­la­rı din­lə­ni­lər­di. Bu gün isə biz aka­de­mik Hü­seyn Əh­mə­do­vun ana­dan ol­ma­sı­nın 100 il­li­yi­ni qeyd edi­rik. Bu, tək­cə bir in­sa­nın, ta­nın­mış bir ali­min yu­bi­le­yi de­yil, həm də Pe­da­qo­ji Uni­ver­si­te­tə, bu uni­ver­si­te­tin di­var­la­rı ara­sın­da tə­şək­kül ta­pıb in­ki­şaf edən pe­da­qo­ji el­min keç­di­yi şə­rəf­li yo­la gös­­tə­ri­lən də­rin eh­ti­ra­mın ifa­də­si­dir.

    Hü­seyn mü­əl­li­min hə­ya­tı­nın və pe­da­qo­ji fəa­liy­yə­ti­nin mü­hüm döv­rü məhz Azər­bay­can Döv­­lət Pe­da­qo­ji Uni­ver­si­te­ti ilə bağ­lı ol­muş­dur. 1951-ci il­də Gən­cə Pe­da­qo­ji İns­ti­tu­tu­nun Ta­rix fa­kül­tə­si­ni bi­tir­dik­dən son­ra Ba­kı­ya gə­lən Hü­seyn Əh­mə­dov el­mi və pe­da­qo­ji fəa­liy­yə­ti­ni bu uni­ver­si­tet­lə bağ­la­mış, öm­rü­nün so­nu­na­dək bu mü­qəd­dəs mə­bə­də sa­diq qal­mış­dır. O, qı­sa müd­dət ər­zin­də di­gər təh­sil mü­əs­si­sə­lə­rin­də ça­lış­sa da, onun əmək ki­tab­ça­sın­da əsas iş ye­ri ki­mi yal­nız bir ün­van qeyd olun­muş­dur: Azər­bay­can Döv­lət Pe­da­qo­ji Uni­ver­si­te­ti.

    Hü­seyn Əh­mə­dov uni­ver­si­te­ti­miz­də bö­yük in­ki­şaf yo­lu ke­çə­rək el­mi və pe­da­qo­ji fəa­liy­yə­tin­də bö­yük uğur­la­ra im­za at­mış, pe­da­qo­ji elm­lər dok­to­ru el­mi də­rə­cə­si­nə və pro­fes­sor el­mi adı­na la­yiq gö­rül­müş­dür. SSRİ Pe­da­qo­ji Elm­lər Aka­de­mi­ya­sı­nın müx­bir üz­vü se­çil­mə­si ilə nə­in­ki Azər­bay­can­­da, həm də keç­miş SSRİ-də yük­sək el­mi nü­fuz qa­zan­mış­dır.

    Fə­rəh­lə qeyd et­mək la­zım­dır ki, bu aka­de­mi­ya­ya se­çi­lən 4 nə­fər azər­bay­can­lı ali­min ha­mı­­sı bi­­zim uni­ver­si­te­tin pro­fes­sor­la­rı ol­muş­dur: Meh­di Meh­di­za­də, Abas­qu­lu Abas­za­də, Sə­di İma­­nov və Hü­seyn Əh­mə­dov. Bu fakt özü uni­ver­si­te­ti­mi­zə olan bö­yük eti­ma­dın və onun el­mi po­­ten­sia­lı­nın ba­riz gös­tə­ri­ci­si­dir.

    Ümu­miy­yət­lə, Azər­bay­can Döv­lət Pe­da­qo­ji Uni­ver­si­te­ti ya­ran­dı­ğı gün­dən eti­ba­rən mil­li təh­sil eli­ta­sı­nı və mil­li məf­ku­rə­ni for­ma­laş­dı­ran mü­hüm elm və təh­sil mər­kə­zi ol­muş­dur. Bu uni­ver­si­tet sa­vad­sız­lı­ğın ləğ­vi, ali təh­sil­li mil­li pe­da­qo­ji kadr­la­rın ha­zır­lan­ma­sı, pe­da­qo­gi­ka, psi­xo­lo­gi­ya və fən­lə­rin təd­ri­si me­to­di­ka­sı sa­hə­lə­rin­də el­mi mək­təb­lə­rin for­ma­laş­ma­sı is­ti­qa­­mə­tin­də müs­təs­na xid­mət­lər gös­tər­miş­dir. Bu el­mi mək­təb­lə­rin in­ki­şa­fın­da xid­mət­lə­ri olan gör­kəm­li alim­lə­ri­mi­zi hör­mət­lə yad edi­rik: Əzəl Də­mir­çi­za­də, Fu­ad Qa­sım­za­də, Şöv­qi Ağa­yev, Ağam­məd Ab­dul­la­yev, Meh­di Meh­­di­za­də, Əh­məd Se­yi­dov, Mər­dan Mu­rad­xa­nov və baş­qa­la­rı.

    Aka­de­mik Hü­seyn Əh­mə­dov Azər­bay­can pe­da­qoq alim­lə­ri­nin ikin­ci nəs­li­nə mən­sub ol­­maq­la ya­na­şı, hə­min nəs­lin apa­rı­cı nü­ma­yən­də­lə­rin­dən bi­ri ol­muş­dur. 1977-ci il­də Ümu­mi pe­da­qo­gi­ka ka­fed­ra­sı­na mü­dir və­zi­fə­si­nə se­çi­lən Hü­seyn mü­əl­lim 2014-cü ilə­dək - 37 il hə­min ka­fed­ra­ya rəh­bər­lik et­miş­dir. Onun rəh­bər­li­yi döv­rün­də ka­fed­ra­da təh­sil nə­zə­riy­yə­si və ta­ri­xi is­ti­qa­mə­tin­də cid­di el­mi araş­dır­ma­lar apa­rıl­mış, dərs­lik və dərs və­sa­it­lə­ri ya­zıl­mış, on­lar­la fəl­sə­fə dok­tor­lu­ğu və elm­lər dok­tor­lu­ğu dis­ser­ta­si­ya­la­rı mü­da­fiə olun­muş­dur. Hü­seyn mü­əl­lim özü də on­lar­la dərs­lik və dərs və­sai­ti­nin, 600-dən çox el­mi-pe­da­qo­ji və pub­li­sis­tik ya­zı­nın – 30 cild­lik bir ir­sin mü­əl­li­fi­dir. XIX əsr­də Azər­bay­can­da təh­sil və pe­da­qo­ji fi­kir ta­ri­xi­nin sis­tem­li təd­qi­qi, təb­­li­ği və təd­ri­si onun ya­ra­dı­cı­lı­ğı­nın ana xət­ti­ni təş­kil edir.

    Çox az ali­mə nə­sib olan el­mi mək­təb ya­rat­maq xoş­bəxt­li­yi Hü­seyn Əh­mə­do­va da nə­sib ol­muş­dur. Onun el­mi mək­tə­bin­də ye­ti­şən 5 elm­lər dok­to­ru və 50-dən çox fəl­sə­fə dok­to­ru bu gün müx­tə­lif ali təh­sil mü­əs­si­sə­lə­rin­də fəa­liy­yət gös­tə­rə­rək Azər­bay­can­da pe­da­qo­ji el­min in­ki­şa­fı­na, pe­da­qo­ji və el­mi-pe­da­qo­ji kadr ha­zır­lı­ğı­na xid­mət edir­lər.

    Hü­seyn Əh­mə­do­vun fəa­liy­yə­ti­nin bir his­sə­si Azər­bay­can təh­si­li­nin mü­rək­kəb trans­­for­­ma­si­ya mər­hə­lə­si­nə tə­sa­düf et­miş­dir. O, həm so­vet döv­rü­nün el­mi-pe­da­qo­ji ənə­nə­lə­ri­ni qo­ru­muş, həm də müs­tə­qil­lik il­lə­rin­də mil­li təh­sil ideo­lo­gi­ya­sı­nın for­ma­laş­ma­sı­na mü­hüm töh­fə ver­miş­dir.

    Hü­seyn Əh­mə­do­vun el­mi və ic­ti­mai fəa­liy­yə­ti döv­lət və elm qu­rum­la­rı tə­rə­fin­dən yük­sək qiy­mət­lən­di­ril­miş­dir. Bir ne­çə xa­ri­ci öl­kə aka­de­mi­ya­sı­nın üz­vü olan aka­de­mik Hü­seyn Əh­mə­dov müx­tə­lif elm və təh­sil qu­rum­la­rı­nın, döv­lət təş­ki­lat­la­rı­nın mü­ka­fat­la­rı­na la­yiq gö­rül­müş, Əmək­dar ali mək­təb iş­çi­si fəx­ri adı­na la­yiq gö­rülmş, 2007-ci il­dən öm­rü­nün so­nu­na­dək Azər­bay­can Res­pub­li­ka­sı Pre­zi­den­ti­nin fər­di tə­qa­üd­çü­sü ol­muş­dur.

    Hü­seyn mü­əl­lim tə­lə­bə­lə­ri üçün yal­nız pro­fes­sor de­yil, həm də hə­yat mü­əl­li­mi idi. Onun audi­to­ri­ya­ya da­xil ol­ma­sı el­mə hör­mət, mü­əl­lim pe­şə­si­nə mə­su­liy­yət və zi­ya­lı dav­ra­nı­şı­nın can­lı nü­­mu­nə­si ki­mi yad­da qal­mış­dır.

    Hü­seyn Əh­mə­do­vun el­mi ir­si, pe­da­qo­ji fəa­liy­yə­ti və təş­ki­lat­çı­lıq ba­ca­rı­ğı Azər­bay­can təh­­sil ta­­ri­xin­də xü­su­si yer tu­tur. Onun adı yal­nız bir alim ki­mi de­yil, həm də bir mək­təb ya­ra­dan, bir ənə­nə for­ma­laş­dı­ran bö­yük pe­da­qoq ki­mi ya­şa­yır.

    Aka­de­mik Hü­seyn Əh­mə­do­vun ömür yo­lu bi­zə bir da­ha gös­tə­rir ki, mü­əl­lim­lik sa­də­cə pe­­şə de­yil - mil­lə­tin gə­lə­cə­yi­ni for­ma­laş­dı­ran mü­qəd­dəs mis­si­ya­dır. Onun ide­ya­la­rı ye­ni nə­sil mü­əl­­lim­lə­rin və ye­tir­mə­lə­ri­nin fəa­liy­yə­tin­də ya­şa­dıq­ca bu bö­yük alim də ya­şa­ya­caq­dır.

    Bu gün biz onun ana­dan ol­ma­sı­nın 100 il­li­yi­ni qeyd et­mək­lə həm də Azər­bay­can pe­da­qo­ji el­mi­nin şə­rəf­li yo­lu­na, bu yo­lun qu­ru­cu­la­rı­na və in­ki­şaf et­di­ri­ci­lə­ri­nə eh­ti­ra­mı­mı­zı ifa­də et­miş olu­ruq.