IMCRA Publishing Platform

Online Manuscript Submission

Submit your manuscript to IMCRA Publishing through our secure editorial submission system. All submissions undergo editorial screening, academic evaluation, and peer review in accordance with scholarly publishing standards.

Manuscript Submission Form

Submitted manuscripts are evaluated by the editorial office based on originality, academic quality, relevance to the journal scope, ethical compliance, and scientific contribution.
  • PLENAR ÇIXIŞ: Mil­li təh­sil ta­ri­xi­miz­də Qər­bi Azər­bay­can zi­ya­lı­la­rı­nın ro­lu və aka­de­mik Hü­seyn Əh­mə­dov şəx­siy­yə­ti

    Əziz Ələkbərli
    Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri,
    Milli Məclisin deputatı,
    filologiya üzrə fəlsəfə doktoru, dosent

    Mil­li təh­sil ta­ri­xi­miz­də Qər­bi Azər­bay­can zi­ya­lı­la­rı­nın ro­lu və

    aka­de­mik Hü­seyn Əh­mə­dov şəx­siy­yə­ti

    Xü­la­sə

    Mə­ru­zə­də Qər­bi Azər­bay­ca­nın zən­gin in­tel­lek­tu­al mü­hi­ti, bu böl­gə­dən ye­ti­şən maa­rif­çi zi­ya­lı­la­rın mil­li təh­sil və el­min in­ki­şa­fın­da­kı müs­təs­na xid­mət­lə­ri təh­lil olu­nur. Qər­bi Azər­bay­ca­nın gör­kəm­li nü­ma­yən­də­lə­rin­dən bi­ri olan aka­de­mik Hü­seyn Əh­mə­do­vun 100 il­lik yu­bi­le­yi ərə­fı­sin­də ali­min hə­yat yo­lu, do­ğul­du­ğu kən­din ta­ri­xi-mə­də­ni mü­hi­ti, elə­cə də onun Azər­bay­can mək­təb və pe­da­qo­ji fi­kir ta­ri­xi­nin sis­tem­ləş­di­ril­mə­sin­də­ki müs­təs­na ro­lu işıq­lan­dı­rı­lır. Ali­min ya­rat­dı­ğı el­mi mək­təb, kadr ha­zır­lı­ğı və bey­nəl­xalq müs­tə­vi­də­ki nü­fu­zu yük­sək qiy­mət­lən­di­ri­lir.

    Açar söz­lər:Azər­bay­can, aka­de­mik Hü­seyn Əh­mə­dov, pe­da­qo­gi­ka ta­ri­xi, Tox­lu­ca kən­di, el­mi mək­təb.

    The Ro­le of Wes­tern Azer­bai­ja­ni In­tel­lec­tu­als in the His­tory of Our Na­tio­nal Edu­ca­ti­on

    and the Per­so­na­lity of Aca­de­mi­ci­an Hu­seyn Ah­ma­dov

    Sum­mary

    The re­port analy­zes the rich in­tel­lec­tu­al en­vi­ron­ment of Wes­tern Azer­bai­jan and the ex­cep­tio­nal cont­ri­bu­ti­ons of en­ligh­te­ned in­tel­lec­tu­als from this re­gi­on to the de­ve­lop­ment of na­tio­nal edu­ca­ti­on and sci­en­ce. On the eve of the cen­te­nary of Aca­de­mi­ci­an Hu­seyn Ah­ma­dov, an outstan­ding rep­re­sen­ta­ti­ve of Wes­tern Azer­bai­jan, the pa­per high­lights his li­fe jo­ur­ney, the his­to­ri­cal and cul­tu­ral en­vi­ron­ment of his na­ti­ve vil­la­ge, and his cru­ci­al ro­le in syste­mi­zing the his­tory of Azer­bai­ja­ni schoo­ling and pe­da­go­gi­cal tho­ught. The aca­de­mic scho­ol he es­tab­lis­hed, his ac­hie­ve­ments in trai­ning sci­en­ti­fic per­son­nel, and his in­ter­na­tio­nal pres­ti­ge are highly app­rai­sed.

    Key­words:Wes­tern Azer­bai­jan, Aca­de­mi­ci­an Hu­seyn Ah­ma­dov, his­tory of pe­da­gogy, Tokh­lu­ja vil­la­ge, aca­de­mic scho­ol

    Azər­bay­can Döv­lət Pe­da­qo­ji Uni­ver­si­te­tin bu möh­tə­şəm za­lın­da hər bi­ri­ni­zi sa­lam­la­yı­ram.

    Qər­bi Azər­bay­can - in­di­ki Er­mə­nis­tan Res­pub­li­ka­sı­nın əra­zi­si ta­ri­xi-et­nik Azər­bay­can tor­paq­la­rın­dan bi­ri ki­mi xal­qı­mı­zın mil­li-mə­də­ni yad­da­şın­da mü­hüm yer tu­tur. Bu böl­gə əsr­lər bo­yu tək­cə zən­gin mə­də­ni mü­hi­tin de­yil, həm də gör­kəm­li elm, maa­rif və pe­da­qo­ji fi­kir nü­ma-yən-də­lə­ri­nin ye­tiş­di­yi mü­hüm in­tel­lek­tu­al mər­kəz­lər­dən bi­ri ol­muş­dur. Qər­bi Azər­bay­can tor­paq­la­rın­da for­ma­laş­mış zi­ya­lı nəs­li bu­ra­da mil­li təh­sil ənə­nə­lə­ri­nin in­ki­şa­fın­da, el­mi-pe­da­qo­ji fik­rin zən­gin­ləş­mə­sin­də və ye­ni nə­sil mü­əl­lim kadr­la­rı­nın ha­zır­lan­ma­sın­da mü­hüm rol oy­na-mış­dır. İrə­van­da həm di­ni, həm də dün­yə­vi təh­sil mü­əs­si­sə­lə­ri­nin (qə­za mək­təb­lə­ri, pro­gim-na­zi­ya, gim­na­zi­ya, mü­əl­lim­lər se­mi­na­ri­ya­sı, rus-Azər­bay­can mək­tə­bi və s.) açıl­ma­sın­da və fəa­liy­­yət gös­tər­mə­sin­də on­la­rın müs­təs­na xid­mət­lə­ri olub. İrə­van­dan de­por­ta­si­ya olun­duq­dan son­ra Azər­bay­can Res­pub­li­ka­sı­na gə­lən hə­min zi­ya­lı­lar bu­ra­da bü­tün sa­hə­lər­də ol­du­ğu ki­mi, elm və təh­si­lin in­ki­şa­fın­da da xü­su­si və əvə­zo­lun­maz iş­lər gör­müş­lər.

    Qər­bi Azər­bay­can zi­ya­lı­la­rı­nın fəa­liy­yə­ti əsa­sən maa­rif­çi­lik ide­ya­la­rı üzə­rin­də qu­rul­muş, on­lar təh­si­lin in­ki­şa­fı­nı mil­li tə­rəq­qi­nin əsas şər­ti ki­mi qə­bul et­miş­lər. XIX əs­rin so­nu – XX əs­rin əv­vəl­lə­rin­də Qər­bi Azər­bay­can­da for­ma­la­şan maa­rif­çi­lik hə­rə­ka­tı mil­li mək­təb ide­ya­sı­nın ya­yıl­ma­sı­na, ana di­lin­də təh­si­lin in­ki­şa­fı­na və dün­yə­vi təh­sil mo­de­li­nin tə­şək­kü­lü­nə mü­hüm tə­sir gös­tər­miş­dir. Bu zi­ya­lı­lar ara­sın­da mü­əl­lim­lər, alim­lər, ya­zı­çı­lar və ic­ti­mai xa­dim­lər ye­tiş­miş, on­la­rın hər bi­ri öz döv­rü­nün elm və təh­sil sis­te­min­də mü­hüm iz qoy­muş­dur.

    İc­ti­mai-si­ya­si xa­dim Əziz Əli­yev, məş­hur hə­kim, So­sia­list Əmə­yi Qəh­rə­ma­nı, aka­de­mik Mus­­ta­fa Top­çu­ba­şov, aka­de­mik Əh­məd Rə­cəb­li, aka­de­mik Hey­dər Hü­sey­nov, aka­de­mik Hə­sən Əli­­yev, aka­de­mik Bu­daq Bu­da­qov, aka­de­mik Əh­li­man Əmi­ras­la­nov, aka­de­mik Yu­sif Məmmə­dov, AMEA-nın müx­bir üzv­lə­ri Zə­ri­fə Bu­da­qo­va, Mi­sir Mər­da­nov, Afad Qur­ba­nov, Əmək­dar elm xa­di­mi, pro­fes­sor Abu­zər Xə­lə­fov və baş­qa­la­rı Azər­bay­can­da müx­tə­lif elm sa­hə­lə­ri­nin in­ki­şa­fı­na cid­di töh­fə­lər ver­miş­lər. İf­ti­xar­la de­yə bi­lə­rik ki, bu alim­lə­rin hər bi­ri təm-sil et­dik­lə­ri elm sa­hə­lə­ri üz­rə el­mi mək­təb ya­rat­mış gör­kəm­li şəx­siy­yət­lər­dən­dir.

    Bu müq­tə­dir alim­lər ara­sın­da xü­su­si yer tu­tan gör­kəm­li şəx­siy­yət­lər­dən bi­ri də bu gün ana­dan ol­ma­sı­nın 100 il­li­yi­ni qeyd et­di­yi­miz aka­de­mik Hü­seyn Mus­ta­fa oğ­lu Əh­mə­dov­dur. Hü­seyn mü­əl­lim 100 il bun­dan əv­vəl – 1926-cı il iyu­nun 17-də Qər­bi Azər­bay­ca­nın Çəm­bə­rək ra­yo­nu­nun Tox­lu­ca kən­din­də ana­dan ol­muş­dur. Onun bü­tün uğur­la­rı­nın tə­mə­lin­də, fik­ri­miz­cə, do­ğu­lub bo­ya-ba­şa çat­dı­ğı kən­din zən­gin mə­nə­vi mü­hi­ti­nin və mil­li də­yər­lə­ri­nin mü­hüm ro­lu ol­muş­dur.

    Tox­lu­ca kən­di Göy­çə ma­ha­lı­nın Çəm­bə­rək ra­yo­nun­da, Göy­çə gö­lün­dən 5 ki­lo­metr şi­mal­da yer­lə­şir. Bu kənd ra­yon mər­kə­zin­dən son­ra Çəm­bə­rək­də ən bö­yük ya­şa­yış mən­tə­qə­lə­rin­dən bi­ri ol­muş­dur. 1988-ci il de­por­ta­si­ya­sı­na qə­dər kənd­də yal­nız azər­bay­can­lı­lar ya­şa­mış­lar. “İrə­van əya­lə­ti­nin ic­mal dəf­tə­ri”ndə (1728) kənd Də­rə­çi­çək na­hi­yə­si­nin “Tox­lu­ca kən­di və Sö­yüd­lü məz­­rə­si” ki­mi qey­də alın­mış­dır.

    İvan Şo­pen öz qeyd­lə­rin­də (1831) bu­ra­nı İrə­van əya­lə­ti­nin Göy­çə ma­ha­lı­nın Tox­lu­ca kən­di ki­mi gös­tər­miş, ora­da 296 nə­fər (177 ki­şi, 119 qa­dın) azər­bay­can­lı­nın ya­şa­dı­ğı­nı qeyd et­miş­dir. 1873-cü ilin sta­tis­tik mə­lu­mat­la­rın­da kənd İrə­van qu­ber­ni­ya­sı­nın Ye­ni Ba­ya­zid qə­za­sı­nın Göy­çə gö­lü na­hi­yə­si­nin Tox­lu­ca kən­di ki­mi si­ya­hı­ya alın­mış, kən­din Göy­çə gö­lü ya­xın­lı­ğın­da, Əy­ri-ça­yın kə­na­rın­da yer­ləş­di­yi və ora­da 466 nə­fər (263 ki­şi, 203 qa­dın) azər­bay­can­lı­nın ya­şa­dı­ğı gös­tə­ril­miş­dir. 1886-cı ilin ka­me­ral si­ya­hı­yaa­lın­ma­sı­na gö­rə isə İrə­van qu­ber­ni­ya­sı­nın Ye­ni Ba­ya­zid qə­za­sı­nın Məz­rə na­hi­yə­si­nin Toğ­lu­ca (Tox­lu­ca) kən­din­də 681 nə­fər (373 ki­şi, 308 qa­dın) azər­bay­can­lı ya­şa­mış, on­lar­dan 16 nə­fə­ri (7 ki­şi, 9 qa­dın) bəy ailə­lə­ri­nin üzv­lə­ri ol­­muş­­dur. Kənd­də 1897-ci il­də 935 nə­fər, 1914-cü il­də 1373 nə­fər, 1916-cı il­də 1330 nə­fər, 1919-cu il­də isə 1199 nə­fər azər­bay­can­lı ya­şa­mış­dır.

    1919-cu ilin mart ayı­nın son­la­rın­da er­mə­ni si­lah­lı dəs­tə­lə­ri kən­də hü­cum et­miş­dir. Tox­lu­ca igid­lə­ri To­pal Oru­cun baş­çı­lı­ğı ilə düş­mən hü­cum­la­rı­na bö­yük mərd­lik və mə­ta­nət­lə mü­qa­vi­mət gös­tər­miş­lər. La­kin si­lah­lı dəs­tə­lə­rin da­vam­lı hü­cum­la­rı nə­ti­cə­sin­də kənd əha­li­si doğ­ma yurd­la­rı­nı tərk et­mə­yə məc­bur ol­muş­dur. Böl­gə­də so­vet ha­ki­miy­yə­ti qu­rul­duq­dan son­ra əha­li ye­ni­dən öz doğ­ma kən­di­nə qa­yıt­mış­dır. 1922-ci il­də kənd­də 1176 nə­fər, 1926-cı il­də 1403 nə­fər, 1931-ci il­də 1723 nə­fər, 1970-ci il­də 2415 nə­fər, 1979-cu il­də isə 2632 nə­fər azər­bay­can­lı ya­şa­­mış­­dır.

    1988-ci il­də kənd­də 3179 nə­fər azər­bay­can­lı əha­li ya­şa­yır­dı. 1960-1980-ci il­lər­də mü­vəq­­qə­ti ola­raq kənd­dən kə­nar­da məs­kun­la­şan­lar­la bir­gə kənd əha­li­si­nin sa­yı 1208 ailə­də 5459 nə­fər təş­kil edir­di. Hə­min ilin no­yabr ayın­da kən­din azər­bay­can­lı əha­li­si er­mə­ni mil­lət­çi­lə­ri­nin təz­yiq­­lə­ri nə­ti­cə­sin­də de­por­ta­si­ya­ya mə­ruz qa­la­raq doğ­ma tor­paq­la­rın­dan məc­bu­ri şə­kil­də çı­xa­rıl­­mış­­dır.

    Hə­min dövr­də ra­yon mər­kə­zin­də fəa­liy­yət gös­tə­rən 18 nöm­rə­li Yol-Ti­kin­ti İda­rə­si­nin və Baş­­kənd xal­ça fab­ri­ki­nin fi­li­al­la­rı bu kənd­də yer­lə­şir­di. Kənd­də bö­yük or­ta mək­təb bi­na­sı, mə­­i­şət xid­mə­ti ema­lat­xa­na­sı, ap­tek, ra­bi­tə şö­bə­si, mə­də­niy­yət evi, ATS və di­gər in­zi­ba­ti-tə­sər­rü­fat ob­yekt­lə­ri fəa­liy­yət gös­tə­rir­di. Azər­bay­can­lı əha­li­nin de­por­ta­si­ya­sın­dan son­ra bu mad­di-mə­də­ni irs er­mə­ni­lər tə­rə­fin­dən mə­nim­sə­nil­miş­dir.

    Bu kənd­də sək­ki­zil­lik təh­si­li­ni alan Hü­seyn mü­əl­lim da­ha son­ra Gən­cə şə­hə­rin­də or­ta və ali pe­da­qo­ji təh­si­li­ni uğur­la ba­şa vu­ra­raq mü­əl­lim­lik və el­mi fəa­liy­yət yo­lu­na qə­dəm qoy­muş­dur. Hə­ya­tı­nın növ­bə­ti mər­hə­lə­sin­də Ba­kı­ya gə­lə­rək pe­da­qo­ji el­min müx­tə­lif sa­hə­lə­rin­də ge­niş təd­qi­­qat­­lar apar­mış, nə­ti­cə­də pe­da­qo­gi­ka üz­rə fəl­sə­fə dok­tor­lu­ğu və elm­lər dok­tor­lu­ğu dis­ser­­ta­si­ya­­la­rı­nı mü­da­fiə et­miş­dir. Onun el­mi fəa­liy­yə­ti tək­cə fər­di uğur­lar­la məh­dud­laş­ma­mış, həm də Azər­bay­can pe­da­qo­ji fi­kir ta­ri­xi­nin sis­tem­li şə­kil­də araş­dı­rıl­ma­sı­na mü­hüm töh­fə­lər ver­miş­dir. Hü­­seyn Əh­mə­dov SSRİ Pe­da­qo­ji Elm­lər Aka­de­mi­ya­sı­nın müx­bir üz­vü, Ru­si­ya Təh­sil Aka­­de­mi­ya­sı­nın isə hə­qi­qi üz­vü se­çi­lə­rək bey­nəl­xalq el­mi mü­hit­də də yük­sək qiy­mət­­lən­di­ril­­miş­dir.

    Aka­de­mik Meh­di Meh­di­za­də, pro­fes­sor­lar Əh­məd Se­yi­dov və Mər­dan Mu­rad­xa­nov ki­mi gör­kəm­li alim­lə­rin el­mi ənə­nə­lə­ri­ni da­vam et­di­rən Hü­seyn Əh­mə­dov öl­kə­də mək­təb və pe­da­qo­ji fi­kir ta­ri­xi­nin təd­qi­qi­ni ay­rı­ca el­mi mək­təb sə­viy­yə­si­nə yük­səlt­miş­dir. Aka­de­mik Hü­seyn Əh­­mə­dov Azər­bay­can pe­da­qo­gi­ka el­min­də mək­təb və pe­da­qo­ji fi­kir ta­ri­xi­nin sis­tem­li təd­qi­qi­nin əsas ya­ra­dı­cı­la­rın­dan bi­ri he­sab olu­nur. Onun əsər­lə­rin­də Azər­bay­can maa­rif­çi­li­yi­nin in­ki­şaf mər­hə­lə­lə­ri, mil­li mək­təb qu­ru­cu­lu­ğu mə­sə­lə­lə­ri və pe­da­qo­ji fik­rin nə­zə­ri-me­to­do­lo­ji əsas­la­rı ge­niş şə­kil­də araş­dı­rıl­mış­dır. Onun araş­dır­ma­la­rı nə­ti­cə­sin­də bu sa­hə yal­nız ta­ri­xi ba­xım­dan de­yil, həm də nə­zə­ri-me­to­do­lo­ji cə­hət­dən sis­tem­ləş­di­ril­miş və el­mi mək­təb ki­mi for­ma­laş­mış­dır.

    Qər­bi Azər­bay­ca­nın el­mi-mə­də­ni mü­hi­ti­nin ye­tir­mə­si olan Hü­seyn Əh­mə­dov Azər­bay­can pe­da­qo­ji el­mi­nin in­ki­şa­fın­da də­rin iz bu­rax­mış alim­lər­dən bi­ri­dir. Onun el­mi fəa­liy­yə­ti tək­cə pe­da­­qo­gi­ka sa­hə­si­nin in­ki­şa­fı­na de­yil, həm də Azər­bay­can mək­təb və pe­da­qo­ji fi­kir ta­ri­xi­nin sis­tem­li şə­kil­də öy­rə­nil­mə­si­nə yö­nəl­miş­dir. Ali­min “XIX əsr Azər­bay­can mək­tə­bi” mo­noq­­ra­fi­ya­sın­da və “Azər­bay­can mək­təb və pe­da­qo­ji fi­kir ta­ri­xi” dərs­li­yin­də Qər­bi Azər­bay­­can­da maa­rif­çi­li­yin, di­ni və dün­yə­vi təh­sil mü­əs­si­sə­lə­ri­nin, elə­cə də pe­da­qo­ji fik­rin in­ki­şa­fı ilə bağ­lı də­yər­li el­mi müd­dəa­lar öz ək­si­ni tap­mış­dır.

    Aka­de­mik Hü­seyn Əh­mə­do­vun el­mi-pe­da­qo­ji kadr ha­zır­lı­ğın­da­kı xid­mət­lə­ri­ni ay­rı­ca qeyd et­mək la­zım­dır. Onun el­mi rəh­bər­li­yi ilə 60-a ya­xın fəl­sə­fə dok­to­ru və elm­lər dok­to­ru ye­tiş­miş­dir ki, on­la­rın ara­sın­da Qər­bi Azər­bay­can­dan olan təd­qi­qat­çı­lar da var­dır. Bu fakt ali­min yal­nız gör­kəm­li təd­qi­qat­çı de­yil, həm də güc­lü el­mi mək­təb ya­ra­dan pe­da­qoq ol­du­ğu­nu təs­diq edir.

    Be­lə­lik­lə, Qər­bi Azər­bay­can zi­ya­lı­la­rı­nın el­mi və pe­da­qo­ji fəa­liy­yə­ti Azər­bay­can elm və təh­sil ta­ri­xi­nin mü­hüm tər­kib his­sə­si­dir. On­la­rın ya­rat­dı­ğı zən­gin el­mi və mə­nə­vi irs mil­li yad­da­şın qo­run­ma­sı­na, maa­rif­çi­lik ənə­nə­lə­ri­nin ya­şa­dıl­ma­sı­na və ye­ni nəs­lin mil­li-mə­nə­vi də­yər­lər əsa­sın­da for­ma­laş­dı­rıl­ma­sı­na xid­mət edir. Bu irs ey­ni za­man­da gə­lə­cək nə­sil­lər üçün Qər­bi Azər­bay­ca­na sülh, təh­lü­kə­siz­lik və lə­ya­qət­lə qa­yı­dış ide­ya­sı­nın mə­nə­vi və ideo­lo­ji əsas­la­rı­nı for­ma­laş­dı­rır. Aka­de­mik Hü­seyn Əh­mə­do­vun hə­yat və fəa­liy­yə­ti isə Qər­bi Azər­bay­can zi­ya­lı mü­hi­ti­nin Azər­bay­can el­mi­nə bəxş et­di­yi bö­yük şəx­siy­yət­lə­rin ən par­laq nü­mu­nə­lə­rin­dən bi­ri­dir.

    Aka­de­mik Hü­seyn Əh­mə­do­vun ana­dan ol­ma­sı­nın 100 il­li­yi­nə həsr olun­muş el­mi konf­ran­sın ke­çi­ril­mə­si­ni bö­yük ali­mə və onun zən­gin el­mi-pe­da­qo­ji ir­si­nə gös­tə­ri­lən yük­sək eh­ti­ra­mın ifa­də­si ki­mi qiy­mət­lən­di­rir, bu tə­şəb­bü­sə gö­rə uni­ver­si­tet rəh­bər­li­yi­nə və konf­ran­sın təş­ki­lat­çı­la­rı­na Qər­bi Azər­bay­can İc­ma­sı­nın çox­say­lı üzv­lə­ri adın­dan sə­mi­mi min­nət­dar­lı­ğı­mı bil­di­ri­rəm.