IMCRA Publishing Platform

Online Manuscript Submission

Submit your manuscript to IMCRA Publishing through our secure editorial submission system. All submissions undergo editorial screening, academic evaluation, and peer review in accordance with scholarly publishing standards.

Manuscript Submission Form

Submitted manuscripts are evaluated by the editorial office based on originality, academic quality, relevance to the journal scope, ethical compliance, and scientific contribution.
  • PLENAR ÇIXIŞ: Milli təhsil tariximizin salnaməçisi: akademik Hüseyn Əhmədov fenomeni

    Mahirə Hüseynova
    ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru,
    filologiya elmləri doktoru, professor, Əməkdar müəllim
    huseynova.mahira@yandex.ru

    Mil­li təh­sil ta­ri­xi­mi­zin sal­na­mə­çi­si: aka­de­mik Hü­seyn Əh­mə­dov fe­no­me­ni

    Xü­la­sə

    Mə­qa­lə Azər­bay­can Döv­lət Pe­da­qo­ji Uni­ver­si­te­ti­nin 105 il­lik ta­ri­xin­də xü­su­si ye­ri olan aka­de­mik Hü­seyn Əh­mə­do­vun 100 il­lik yu­bi­le­yi­nə həsr edi­lib. Çə­tin uşaq­lıq il­lə­rin­dən ke­çə­rək el­min zir­və­si­nə uca­lan alim Azər­bay­can təh­sil və pe­da­qo­ji fi­kir ta­ri­xi ilə bağ­lı sal­na­mə ya­rat­mış­dır. 600-dən çox el­mi əsə­rin mü­əl­li­fi olan H.Əh­mə­do­vun el­mi rəh­bər­li­yi ilə 5 nə­fər elm­lər dok­to­ru, 50 nə­fə­rə ya­xın fəl­sə­fə dok­to­ru ye­tiş­miş­dir. Mə­qa­lə­də ali­min el­mi-pe­da­qo­ji fəa­liy­yə­ti sə­ciy­yə­lən­di­ril­miş­dir.

    Açar söz­lər:aka­de­mik Hü­seyn Əh­mə­dov, pe­da­qo­gi­ka ta­ri­xi, el­mi mək­təb, AD­PU, yu­bi­ley.

    The Chro­nic­ler of Our Na­tio­nal Edu­ca­tio­nal His­tory: The Phe­no­me­non of Aca­de­mi­ci­an Hu­seyn Ah­ma­dov

    Sum­mary

    The ar­tic­le is de­di­ca­ted to the cen­te­nary of Aca­de­mi­ci­an Hu­seyn Ah­ma­dov, an emi­nent fi­gu­re in the 105-ye­ar his­tory of the Azer­bai­jan Sta­te Pe­da­go­gi­cal Uni­ver­sity. Over­co­ming early hards­hips to re­ach the he­ights of sci­en­ce, the scho­lar crea­ted a fun­da­men­tal chro­nic­le of the his­tory of edu­ca­ti­on and pe­da­go­gi­cal tho­ught in Azer­bai­jan. Author of over 600 sci­en­ti­fic works, H. Ah­ma­dov men­to­red 5 Doc­tors of Sci­en­ces and ne­arly 50 PhDs. The ar­tic­le pro­vi­des a comp­re­hen­si­ve cha­rac­te­ri­za­ti­on of the scho­lar’s sci­en­ti­fic and pe­da­go­gi­cal ac­ti­vi­ti­es.

    Key­words:Aca­de­mi­ci­an Hu­seyn Ah­ma­dov, his­tory of pe­da­gogy, aca­de­mic scho­ol, AS­PU, cen­te­nary

    Adı­nı Azər­bay­can Döv­lət Pe­da­qo­ji Uni­ver­si­te­ti­nin 105 il­lik şə­rəf ta­ri­xi­nə yaz­mış gör­kəm­li pe­da­qoq alim­lər­dən bi­ri də aka­de­mik Hü­seyn Əh­mə­dov­dur. Hü­seyn mü­əl­li­min 93 il­lik alim və in­san öm­rü­nün sə­hi­fə­lə­ri­ni və­rəq­lə­yən­də onun ira­də­si­nə, zəh­mə­ti­nə və el­mə olan sar­sıl­maz sev­gi­si­nə hey­rət­lən­mə­mək ol­mur.

    O, öz ta­le­yi­ni öz əl­lə­ri, öz zəh­mə­ti ilə ya­zan pe­da­qoq alim­dir. Er­kən yaş­da üz­ləş­di­yi ata­sız­lıq acı­sı, İkin­ci Dün­ya mü­ha­ri­bə­si­nin ailə­si­nə ya­şat­dı­ğı dəh­şət­li fa­ciə­lər və eh­ti­yac onu sın­dı­ra bil­mə­miş, kol­xoz tə­sər­rü­fa­tın­da ya­şın­dan qat-qat ağır iş­lər­də ça­lı­şa­raq mü­ha­ri­bə döv­rü uşaq­la­rı­nın ya­şa­dıq­la­rı­nı ya­şa­mış­dı. 1946-cı il­də SSRİ Ali So­ve­ti Rə­ya­sət He­yə­ti­nin qə­ra­rı ilə “Bö­yük Və­tən mü­ha­ri­bə­sin­də (1941-1945-ci il­lər) rə­şa­dət­li əmə­yə gö­rə” me­da­lı ilə təl­tif olun­muş­du. 8 il­lik təh­si­li­ni kənd­də ba­şa vu­ran Hü­seyn mü­əl­lim təh­si­li­ni da­vam et­dir­mək üçün Ni­za­mi yur­du­nu — Gən­cə­ni seç­di. Gən­cə onun do­ğu­lub bo­ya-ba­şa çat­dı­ğı Göy­çə ma­ha­lı­nın Tox­lu­ca kən­di­nə ya­xın idi. Ana­sı­na tez-tez baş çə­kə bil­mək is­tə­yi onu Gən­cə­nin zən­gin təh­sil mü­hi­ti­nə bağ­la­dı. Bu­ra­da əv­vəl­cə Pe­da­qo­ji Tex­ni­kum­da or­ta ix­ti­sas təh­si­li al­dı, ar­dın­dan Hə­sən bəy Zər­da­bi adı­na Gən­cə Döv­lət Pe­da­qo­ji İns­ti­tu­tu­nun Ta­rix fa­kül­tə­si­nə da­xil ol­du. Oxu­du­ğu il­lər­də yük­sək gös­tə­ri­ci­lə­ri­nə gö­rə nü­fuz­lu Le­nin kom­so­mo­lu adı­na tə­qaü­də la­yiq gö­rül­dü. İns­ti­tu­tu fərq­lən­mə dip­lo­mu ilə ba­şa vu­ran Hü­seyn mü­əl­lim bir il Gən­cə To­xu­cu­luq Tex­ni­ku­mun­da pe­da­qo­ji fəa­liy­yət­lə məş­ğul ol­duq­dan son­ra bö­yük ar­zu­la­rı­nın qa­na­dın­da Ba­kı­ya üz tut­du.

    1950-ci il­lə­rin Ba­kı­sı gənc alim üçün san­ki na­ğıl­lar alə­mi idi. Hün­dür, əzə­mət­li bi­na­lar, ya­ra­şıq­lı park­lar, qay­na­yan in­san se­li və ən əsa­sı, öl­kə­nin elm-təh­sil mə­bəd­lə­ri onu va­leh edir­di. Ba­kı­da o, Azər­bay­ca­nın ən nü­fuz­lu el­mi-pe­da­qo­ji mü­hi­ti­nə qə­dəm qoy­du — Pe­da­qo­ji İns­ti­tu­tun Pe­da­qo­gi­ka ka­fed­ra­sı­nın əya­ni as­pi­ran­tu­ra­sı­na qə­bul olun­du. Gör­kəm­li alim, pro­fes­sor Əh­məd Se­yi­do­vun el­mi rəh­bər­li­yi al­tın­da təd­qi­qat apa­ra­raq 1958-ci il­də na­mi­zəd­lik dis­ser­ta­si­ya­sı­nı uğur­la mü­da­fiə et­di.

    El­mə nə­zə­ri təd­qi­qat­lar­la qə­dəm qo­yan Hü­seyn Əh­mə­dov son­ra­dan el­mi ax­ta­rış­la­rı­nın miq­ya­sı­nı və is­ti­qa­mə­ti­ni da­ha da ge­niş­lən­dir­di. O, XIX əsr­də Azər­bay­can­da mək­təb və pe­da­qo­ji fik­rin in­ki­şaf meyl­lə­ri­ni fun­da­men­tal şə­kil­də araş­dır­ma­ğı qar­şı­sı­na əsas məq­səd qoy­du. Bö­yük döv­lət və elm xa­di­mi, aka­de­mik Meh­di Meh­di­za­də­nin el­mi məs­lə­hət­çi­li­yi ilə apa­rı­lan gər­gin və ar­dı­cıl təd­qi­qat­lar 1972-ci il­də dok­tor­luq dis­ser­ta­si­ya­sı­nın uğur­lu mü­da­fiə­si ilə nə­ti­cə­lən­di. Bu mü­da­fiə Azər­bay­can­da pe­da­qo­gi­ka və təh­sil ta­ri­xi­nin öy­rə­nil­mə­sin­də key­fiy­yət­cə ye­ni bir mər­hə­lə­nin əsa­sı­nı qoy­du.

    Mü­ba­li­ğə­siz de­yə bi­lə­rik ki, Hü­seyn mü­əl­lim bu fun­da­men­tal dis­ser­ta­si­ya işi ilə Azər­bay­can mil­li təh­si­li­nin tam bir əsr­lik möh­tə­şəm sal­na­mə­si­ni ya­rat­dı. Ər­sə­yə gə­lən bu san­bal­lı əsər yal­nız pe­da­qoq­lar tə­rə­fin­dən de­yil, Ru­si­ya və Azər­bay­ca­nın gör­kəm­li təh­sil ta­rix­çi­lə­ri, ədə­biy­yat­şü­nas­la­rı və ta­rix­çi­lə­ri tə­rə­fin­dən də son də­rə­cə yük­sək qiy­mət­lən­di­ril­di.

    Hü­seyn mü­əl­lim 1958-ci il­də AD­PU-nun Ümu­mi pe­da­qo­gi­ka ka­fed­ra­sı­na as­sis­tent və­zi­fə­si­nə tə­yin olun­du. Pil­lə-pil­lə uca­lan alim 1978-ci il­də hə­min ka­fed­ra­nın mü­di­ri və­zi­fə­si­nə se­çil­di. Onun el­mə və təh­si­lə həsr olun­muş fə­da­kar əmə­yi döv­lət tə­rə­fin­dən də la­yi­qin­cə də­yər­lən­di­ril­di. 1977-ci il­də o, "SSRİ Maa­rif əla­çı­sı" döş ni­şa­nı­na və pro­fes­sor el­mi adı­na la­yiq gö­rül­dü, 1981-ci il­də isə "Azər­bay­can Res­pub­li­ka­sı­nın Əmək­dar ali mək­təb iş­çi­si" fəx­ri adı ilə təl­tif edil­di.

    Mən Hü­seyn mü­əl­li­mi elə hə­min il­lər­dən – tə­lə­bə vaxt­la­rım­dan ta­nı­yı­ram. 1980-ci il­də Azər­bay­can Döv­lət Pe­da­qo­ji Uni­ver­si­te­ti­nin Fi­lo­lo­gi­ya fa­kül­tə­si­nə da­xil ol­muş, 1984-cü il­də bu mü­qəd­dəs ali təh­sil oca­ğı­nı fərq­lən­mə dip­lo­mu ilə bi­tir­mi­şəm. Hü­seyn mü­əl­li­min adı­nı və bö­yük­lü­yü­nü ilk də­fə da­yım Hə­sən mü­əl­lim­dən eşit­miş­dim. On­la­rın ara­sın­da çox sə­mi­mi, dost­luq və qar­şı­lıq­lı hör­mə­tə əsas­la­nan gö­zəl mü­na­si­bət var idi. Hər iki şəx­siy­yə­ti bir­ləş­di­rən or­taq cə­hət­lər çox idi: hər iki­si ob­yek­tiv, prin­si­pi­al, son də­rə­cə xe­yir­xah, haq­sız­lı­ğa ba­rış­maz idi­lər və tə­lə­bə­lə­rin hü­quq­la­rı­nı hər za­man cə­sa­rət­lə mü­da­fiə edər­di­lər.

    Hü­seyn mü­əl­lim ka­fed­ra mü­di­ri ki­mi uni­ver­si­tet­də çox yük­sək nü­fu­za ma­lik idi. Bi­zim tə­lə­bə­lik il­lə­ri­miz­də də, son­ra­lar da, 1991-ci ilə qə­dər Ümu­mi pe­da­qo­gi­ka ka­fed­ra­sı ali mək­təb üz­rə apa­rı­cı, ümu­mins­ti­tut ka­fed­ra­sı he­sab olu­nur­du. Mən hə­min ka­fed­ra­da həm Pe­da­qo­gi­ka, həm də Pe­da­qo­gi­ka ta­ri­xi fən­lə­rin­dən im­ta­han ve­rə­rək hər iki­sin­dən "əla" qiy­mət al­mı­şam. O dövr­də fa­kül­tə­lər və ka­fed­ra­la­ra­ra­sı sağ­lam el­mi-pe­da­qo­ji ya­rış­lar ke­çi­ri­lər­di və Hü­seyn mü­əl­li­min rəh­bər­lik et­di­yi Ümu­mi pe­da­qo­gi­ka ka­fed­ra­sı hər za­man bi­rin­ci­lər sı­ra­sın­da olar­dı.

    Hü­seyn Əh­mə­dov yal­nız təş­ki­lat­çı rəh­bər de­yil, həm də yük­sək na­tiq­lik qa­bi­liy­yə­ti­nə ma­lik mü­əl­lim idi. O, mü­ha­zi­rə­lə­rin­də ta­ri­xi ha­di­sə­lə­ri və pe­da­qo­ji fik­rin tə­ka­mü­lü­nü elə can­lı və ob­raz­lı şə­kil­də təs­vir edir­di ki, din­lə­yi­ci özü­nü hə­min ta­ri­xi an­la­rın bir­ba­şa iş­ti­rak­çı­sı ki­mi hiss edir­di.

    O, ey­ni za­man­da ümu­mit­ti­faq miq­ya­sın­da qə­bul olu­nan bö­yük alim idi. So­vet döv­rün­də SSRİ PEA-nın müx­bir üz­vü, müs­tə­qil­lik il­lə­rin­də isə Ru­si­ya Təh­sil Aka­de­mi­ya­sı­nın xa­ri­ci üz­vü se­çil­mə­si onun yük­sək el­mi sə­riş­tə­yə, də­rin eru­di­si­ya­ya və yük­sək nü­fu­za ma­lik ol­ma­sı­nın ba­riz sü­bu­tu­dur.

    Aka­de­mik Hü­seyn Əh­mə­do­vun zən­gin el­mi ya­ra­dı­cı­lı­ğı ilə ta­nış olan­da ay­dın gö­rü­nür ki, pe­da­qo­gi­ka el­mi­nin elə bir sa­hə­si yox­dur ki, ali­min diq­qət mər­kə­zin­də ol­ma­sın. Onun el­mi ir­si öz əha­tə dai­rə­si­nin ge­niş­li­yi, möv­zu rən­ga­rəng­li­yi və kon­sep­tu­al də­rin­li­yi ilə se­çi­lir.

    Alim pe­da­qo­gi­ka nə­zə­riy­yə­si və tər­bi­yə kon­sep­si­ya­la­rı­nın fun­da­men­tal prob­lem­lə­ri­nə to­xun­muş, təh­si­lin ida­rə olun­ma­sı­nın pe­da­qo­ji-psi­xo­lo­ji əsas­la­rı­nı iş­lə­yib ha­zır­la­mış, mil­li təh­sil ta­ri­xi­nin, xü­su­si­lə XIX–XX əsr­lər Azər­bay­can maa­rif­çi­lik hə­rə­ka­tı­nın və Qər­bi Azər­bay­can­da­kı təh­sil mü­hi­ti­nin sis­tem­li sal­na­mə­si­ni ya­rat­mış­dır. Bu­nun­la ya­na­şı, onun araş­dır­ma­la­rı Türk xalq­la­rı­nın təh­sil və pe­da­qo­ji fi­kir ta­ri­xi­nin mühüm məqamlarını əhatə edir.

    Hü­seyn Əh­mə­do­vun fəa­liy­yə­tin­də döv­lət­çi­lik tə­fək­kü­rü və ic­ti­mai-si­ya­si fə­al­lıq xü­su­si yer tu­tur. Onun qə­lə­mə al­dı­ğı əsərlər ara­sın­da döv­lə­ti və döv­lət­çi­lik ide­al­la­rı­nı mü­da­fiə edən, müs­tə­qil Azər­­­bay­ca­nın təh­sil qu­ru­cu­lu­ğu­nu işıq­lan­dı­ran, xü­su­sən Ümum­mil­li Li­der Hey­dər Əli­ye­vin uzaq­gö­­rən təh­sil si­ya­sə­ti­ni və stra­te­gi­ya­sı­nı el­mi-nə­zə­ri ba­xım­dan əsas­lan­dı­ran çox­say­lı mə­qa­lə­lər mü­hüm yer tu­tur. Bu zən­gin irs bü­töv­lük­də Azər­bay­can pe­da­qo­ji el­mi­nin qı­zıl fon­du­nu təş­kil edir.

    He­sab edi­rəm ki, onun zən­gin ir­sin­də mər­kə­zi ye­ri Azər­bay­can mək­təb və pe­da­qo­ji fi­kir ta­ri­xi­nin təd­qi­qi, təb­li­ği və təd­ri­si tu­tur. Alim bu sa­hə­də fun­da­men­tal el­mi çı­ğır aça­raq san­bal­lı təd­qi­qat­la­rı ilə onu müs­tə­qil bir el­mi is­ti­qa­mə­tə çe­vir­miş­dir. Onun rəh­bər­li­yi ilə ye­ti­şən 5 elm­lər dok­to­ru və 50-yə ya­xın fəl­sə­fə dok­to­ru bu sa­hə­nin for­ma­laş­ma­sı­nı va­hid bir el­mi mək­təb sə­viy­yə­si­nə yük­səlt­miş­dir. Bu gün ali­min 100 il­lik yu­bi­le­yi­nin tən­tə­nə ilə qeyd olun­ma­sı hə­min el­mi mək­tə­bin zən­gin ənə­nə­lə­ri­nin ya­şa­dı­ğı­nı və uğur­la da­vam et­di­ril­di­yi­ni bir da­ha sü­but edir.