IMCRA Publishing Platform

Online Manuscript Submission

Submit your manuscript to IMCRA Publishing through our secure editorial submission system. All submissions undergo editorial screening, academic evaluation, and peer review in accordance with scholarly publishing standards.

Manuscript Submission Form

Submitted manuscripts are evaluated by the editorial office based on originality, academic quality, relevance to the journal scope, ethical compliance, and scientific contribution.
  • PLENAR ÇIXIŞ: Aka­de­mik Hü­seyn Əh­mə­do­vun el­mi-pe­da­qo­ji mək­tə­bi: ta­ri­xi­lik, nə­zə­riy­yə və va­ris­lik

    Fərrux Rüstəmov
    ADPU-nun İbtidai təhsilin pedaqogikası kafedrasının müdiri,
    pedaqoji elmlər doktoru, professor,
    Əməkdar elm xadimi

     

    Aka­de­mik Hü­seyn Əh­mə­do­vun el­mi-pe­da­qo­ji mək­tə­bi:

    ta­ri­xi­lik, nə­zə­riy­yə və va­ris­lik

    Xü­la­sə

    Mə­qa­lə­də XX əs­rin II ya­rı­sın­dan eti­ba­rən Azər­bay­can­da mil­li el­mi-pe­da­qo­ji kadr­la­rın for­ma­laş­ma­sın­da aka­de­mik Hü­seyn Əh­mə­do­vun xid­mət­lə­ri təh­lil olu­nur. Ali­min pe­da­qo­gi­ka­nın nə­zə­riy­yə­si, ta­ri­xi və me­to­do­lo­ji əsas­la­rı­na da­ir təd­qi­qat­la­rı, ar­xiv sə­nəd­lə­ri əsa­sın­da ər­sə­yə gə­tir­di­yi "XIX əsr Azər­bay­can mək­tə­bi" əsə­ri araş­dı­rı­lır. Həm­çi­nin H.Əh­mə­do­vun ana dil­li dərs­lik­lə­rin trans­li­te­ra­si­ya­sın­da­kı ro­lu, mü­əl­li­fi ol­du­ğu "Azər­bay­can mək­təb və pe­da­qo­ji fi­kir ta­ri­xi" fən­ni­nin proq­ra­mı, bu proq­ram əsa­sın­da ha­zır­la­dı­ğı dərs­lik­lər və ali­min pe­da­qo­ji tən­qid mə­də­niy­yə­ti­nin for­ma­laş­dı­rıl­ma­sı sa­hə­sin­də­ki fəa­liy­yə­ti ümu­mi­ləş­di­ri­lir.

    Açar söz­lər: Aka­de­mik Hü­seyn Əh­mə­dov, təh­sil ta­ri­xi, el­mi mək­təb, XIX əsr Azər­bay­can mək­tə­bi

    The Sci­en­ti­fic and Pe­da­go­gi­cal Scho­ol of Aca­de­mi­ci­an Hu­seyn Ah­ma­dov: His­to­ri­city, The­ory, and Con­ti­nu­ity

    Sum­mary

    The ar­tic­le analy­zes the cont­ri­bu­ti­ons of Aca­de­mi­ci­an Hu­seyn Ah­ma­dov to the for­ma­ti­on of na­tio­nal sci­en­ti­fic-pe­da­go­gi­cal per­son­nel in Azer­bai­jan star­ting from the se­cond half of the 20th cen­tury. The scho­lar's re­se­arch on the the­ory, his­tory, and met­ho­do­lo­gi­cal fo­un­da­ti­ons of pe­da­gogy, as well as his fun­da­men­tal work "19th Cen­tury Azer­bai­ja­ni Scho­ol," crea­ted on the ba­sis of arc­hi­val do­cu­ments, are exa­mi­ned. Ad­di­tio­nally, H. Ah­ma­dov ro­le in the trans­li­te­ra­ti­on of na­ti­ve lan­gua­ge text­bo­oks, the sylla­bus of the co­ur­se "His­tory of Scho­ol and Pe­da­go­gi­cal Tho­ught in Azer­bai­jan" autho­red by him, the text­bo­oks pre­pa­red ba­sed on this sylla­bus, and his ac­ti­vi­ti­es in sha­ping the cul­tu­re of pe­da­go­gi­cal cri­ti­cism are sum­ma­ri­zed.

    Key­words: Aca­de­mi­ci­an Hu­seyn Ah­ma­dov, his­tory of edu­ca­ti­on, sci­en­ti­fic scho­ol, 19th-cen­tury Azer­bai­ja­ni scho­ol

    XX əs­rin ikin­ci ya­rı­sın­da, xü­su­si­lə 1950-ci il­lə­rin so­nu və 1960-cı il­lər­də Azər­bay­can­da elm, təh­sil və mə­də­niy­yət sa­hə­lə­rin­də di­na­mik və sü­rət­li in­ki­şaf baş ver­miş­dir. Bu sə­bəb­dən hə­min dövr öl­kə­nin ic­ti­mai-si­ya­si və mə­də­ni hə­ya­tın­da ye­ni key­fiy­yət mər­hə­lə­sin­dən baş­lan­ğı­cı ki­mi sə­ciy­yə­lən­di­ri­lir. Bu in­ki­şaf, hər şey­dən əv­vəl, el­mi po­ten­sia­lın güc­lən­mə­si, xü­su­si­lə mil­li el­mi kadr­la­rın ye­ni nəs­li­nin ye­tiş­di­ril­mə­si ilə sıx bağ­lı ol­muş­dur.

    XX əs­rin əv­vəl­lə­rin­də, xü­su­si­lə 1920–1940-cı il­lər­də Azər­bay­can­da pe­da­qo­ji elm, əsa­sən, SSRİ-nin müx­tə­lif el­mi mər­kəz­lə­ri­ni təm­sil edən, ək­sə­riy­yə­ti rus mən­şə­li ta­nın­mış alim­lər (A.O.Ma­­ko­vels­ki, B.B.Ko­ma­rovs­ki və b.) tə­rə­fin­dən for­ma­laş­dı­rı­lır və is­ti­qa­mət­lən­di­ri­lir­di­sə, 1950-ci il­lə­rin son­la­rın­dan eti­ba­rən bu me­yil­də cid­di də­yi­şik­lik­lər baş ver­miş­dir. Ar­tıq bu mər­hə­lə­də pe­da­qo­ji elm­də mil­li təd­qi­qat­çı­la­rın fə­al­lı­ğı və iş­ti­ra­kı nə­zə­rə­çar­pa­caq də­rə­cə­də art­mış­dır. So­vet döv­rü­nün elm si­ya­sə­ti çər­çi­və­sin­də yer­li kadr­la­rın ha­zır­lan­ma­sı­na və on­la­rın müx­tə­lif sa­hə­lər üz­rə ix­ti­sas­laş­ma­sı­na sis­tem­li şə­kil­də diq­qət ye­ti­ril­mə­yə baş­lan­mış­dır.

    Mil­li el­mi-pe­da­qo­ji kadr­la­rın ilk nəs­li­nin (Ə.Se­yi­dov, M.Meh­di­za­də, M.Mu­rad­xa­nov) bi­la­­va­si­tə el­mi dəs­tə­yi nə­ti­cə­sin­də yal­nız res­pub­li­ka da­xi­lin­də de­yil, həm də bey­nəl­xalq el­mi mü­­hit­də Azər­bay­can el­mi­ni la­yi­qin­cə təm­sil edən gör­kəm­li təd­qi­qat­çı­lar nəs­li for­ma­laş­mış­dır. On­lar pe­da­qo­gi­ka el­mi­nə ye­ni nə­fəs gə­ti­rə­rək onun nə­zə­ri və me­to­do­lo­ji əsas­la­rı­nı zən­gin­ləş­­dir­miş, təh­sil sis­te­min­də mü­hüm ye­ni­lik­lə­rin və kon­sep­tu­al ya­naş­ma­la­rın əsa­sı­nı qoy­muş­lar.

    Azər­bay­can­da pe­da­qo­ji el­min in­ki­şa­fın­da mü­hüm rol oy­na­mış mü­tə­fək­kir təd­qi­qat­çı alim­lər­dən bi­ri də pro­fes­sor Hü­seyn Mus­ta­fa oğ­lu Əh­mə­dov­dur. O, “Azər­bay­can pe­da­qo­ji el­min­də ye­ni el­mi is­ti­qa­mət­lə­rin for­ma­laş­ma­sın­da, pe­da­qo­gi­ka el­mi­nin nə­zə­ri və prak­tik is­ti­qa­mət­lə­ri­nin sis­tem­ləş­di­ril­mə­sin­də, mil­li təh­sil ənə­nə­lə­ri­nin və pe­da­qo­ji fi­kir ta­ri­xi­nin el­mi əsas­lar­la təd­qiq olun­ma­sın­da də­rin iz qoy­muş alim­lər­dən bi­ri­dir”. Hü­seyn Əh­mə­dov Azər­bay­can təh­sil və pe­da­qo­ji fi­kir ta­ri­xi­nin təd­qi­qi, təd­ri­si və təb­li­ğin­də bir el­mi mək­təb ya­rat­maq­la ya­na­şı, təh­sil-tər­bi­yə nə­zə­riy­yə­si­nin, təh­sil si­ya­sə­ti­nin, təd­ri­sin me­to­do­lo­gi­ya­sı­nın və pe­da­qo­ji dü­şün­cə­nin fəl­sə­fi əsas­la­rı­nın in­ki­şa­fı­na da də­yər­li töh­fə­lər ver­miş­dir.

    Müa­sir dövr­də Azər­bay­can­da təh­sil sis­te­mi­nin hu­ma­nist­ləş­di­ril­mə­si, şəx­siy­yət­yö­nüm­lü təh­si­lin və in­no­va­tiv pe­da­qo­ji tex­no­lo­gi­ya­la­rın tət­bi­qi ba­xı­mın­dan Hü­seyn Əh­mə­do­vun pe­da­qo­ji ir­si­nin ye­ni­dən nə­zər­dən ke­çi­ril­mə­si, onun ide­ya­la­rı­nın ta­ri­xi­lik və müa­sir­lik müs­tə­vi­sin­də də­yər­lən­di­ril­mə­si xü­su­si el­mi-prak­tik əhə­miy­yət kəsb edir.

    H.Əh­mə­do­vun el­mi fəa­liy­yə­ti­nin apa­rı­cı is­ti­qa­mət­lə­rin­dən bi­ri­ni pe­da­qo­gi­ka el­mi­nin nə­zə­ri-me­to­do­lo­ji əsas­la­rı­nın sis­tem­li şə­kil­də təd­qi­qi, şəx­siy­yə­tin mə­nə­vi tər­bi­yə­si­nin fəl­sə­fi, psi­xo­lo­ji və pe­da­qo­ji əsas­la­rı­nın üzə çı­xa­rıl­ma­sı və sis­tem­ləş­di­ril­mə­si təş­kil edir. Onun "İb­ti­dai si­nif şa­gird­lə­ri­nin mə­nə­vi tər­bi­yə­sin­də nü­mu­nə­nin ro­lu və onun hə­ya­ta ke­çi­ril­mə­si yol­la­rı" (1958) ad­lı na­mi­zəd­lik (fəl­sə­fə dok­tor­lu­ğu) dis­ser­ta­si­ya­sı­nı mə­nə­vi tər­bi­yə­nin so­si­al-pe­da­qo­ji as­pekt­lə­ri­ni el­mi ba­xım­dan əsas­lan­dı­ran ilk sis­tem­li araş­dır­ma­lar­dan bi­ri ki­mi də­yər­lən­dir­mək müm­kün­dür. Bu təd­qi­qat­da o, nü­mu­nə­nin (mü­əl­lim, va­li­deyn, əmək qəh­rə­man­la­rı və bə­dii ədə­biy­yat­da­kı ob­raz­lar) uşa­ğın əx­la­qi-mə­nə­vi alə­mi­nin for­ma­laş­ma­sın­da­kı ro­lu­nu el­mi-fəl­sə­fi ba­xım­dan təh­lil edə­rək be­lə bir te­zis irə­li sür­müş­dür: “Tə­lim­də əya­ni­li­yin ro­lu nə qə­dər­dir­sə, tər­bi­yə­də də nü­mu­nə­nin ro­lu bir o qə­dər­dir”.

    “Uşaq­la­rın mə­nə­vi tər­bi­yə­sin­də va­li­deyn nü­mu­nə­si” (1962) ad­lı mo­noq­ra­fi­ya­sın­da və müx­tə­lif il­lər­də çap olun­muş sil­si­lə mə­qa­lə­lə­rin­də o, mə­nə­vi tər­bi­yə­yə yal­nız prak­tik pro­ses ki­mi de­yil, ey­ni za­man­da də­rin fəl­sə­fi məz­mun da­şı­yan mə­nə­vi in­ki­şa­fın va­cib bir mər­hə­lə­si ki­mi bax­mış­dır. Onun bu sa­hə­də apar­dı­ğı təd­qi­qat­lar tər­bi­yə­nin həm nə­zə­ri-me­to­do­lo­ji əsas­la­rı­nı, həm də prak­tik tət­biq mo­del­lə­ri­ni əha­tə edir.

    Hü­seyn Əh­mə­do­vun re­dak­to­ru və həm­mü­əl­li­fi ol­du­ğu “Pe­da­qo­gi­ka­ya gi­riş” (1973) ad­lı təd­ris və­sai­ti pe­da­qo­ji el­min əsas nə­zə­ri-me­to­do­lo­ji is­ti­qa­mət­lə­ri­nə da­ir bir sı­ra kon­sep­tu­al mə­sə­lə­lə­rin il­kin el­mi-nə­zə­ri əsas­lan­dı­rıl­ma­sı­na töh­fə ver­miş­dir. “Pe­da­qo­gi­ka­da qa­nun və qa­nu­na­uy­ğun­luq” (1974), “Söz­dən işə ke­çək” (1978) əsər­lə­rin­də o, pe­da­qo­gi­ka­nın me­to­do­lo­ji ba­­za­sı­nın for­ma­laş­dı­rıl­ma­sı is­ti­qa­mə­tin­də ar­dı­cıl el­mi ax­ta­rış­lar apar­mış, pe­da­qo­ji qa­nu­na­uy­­ğun­luq­la­rın iden­ti­fi­ka­si­ya­sı, əsas an­la­yış və ka­te­qo­ri­ya­la­rın kon­sep­tu­al iza­hı, elə­cə də ter­mi­no­lo­ji sis­te­min el­mi əsas­lar­la struk­tur­laş­dı­rıl­ma­sı mə­sə­lə­lə­ri­nə da­ir nə­zə­ri ba­xış­la­rı­nı irə­li sür­müş­dür. O, pe­da­qo­ji el­min fun­da­men­tal prin­sip­lə­ri əsa­sın­da bu sa­hə­nin ter­mi­no­lo­ji və ka­te­qo­ri­al apa­ra­tı­nı el­mi mü­za­ki­rə pred­me­ti­nə çe­vir­miş, prob­lem­lə bağ­lı apa­rı­lan el­mi dis­kus­si­ya­lar­da fə­al iş­ti­rak et­miş­dir.

    H.Əh­mə­dov pe­da­qo­gi­ka­nı yal­nız tət­bi­qi xa­rak­ter da­şı­yan sa­hə ki­mi de­yil, ey­ni za­man­da də­rin el­mi-nə­zə­ri və fəl­sə­fi kon­teks­tə ma­lik komp­leks hu­ma­ni­tar bi­lik sa­hə­si ki­mi də­yər­lən­­dir­miş­dir. O, təh­sil-tər­bi­yə­ni sa­də­cə dav­ra­nış nor­ma­la­rı­nın və cə­miy­yə­tin for­ma­laş­­dır­dı­ğı so­si­al rol­la­rın ötü­rül­mə­si ilə məh­dud­laş­dır­mır, tər­bi­yə­ni fər­din mə­nə­vi və so­si­al də­yər­lər­lə zən­gin­ləş­di­ril­miş şəx­siy­yət ki­mi for­ma­laş­ma­sı, onun əx­la­qi-emo­sio­nal və in­tel­lek­tu­al po­ten­sia­lı­nın məq­səd­yön­lü şə­kil­də in­ki­şaf et­di­ril­mə­si pro­se­si ki­mi nə­zər­dən ke­çi­rir­di. Be­lə­lik­lə, o, tər­bi­yə­yə in­sa­nın da­xi­li alə­mi­ni, də­yər­lər sis­te­mi­ni və ic­ti­mai möv­qe­yi­ni for­ma­laş­dı­ran ço­xöl­çü­lü pro­ses ki­mi ya­na­şa­raq, pe­da­qo­gi­ka­nın hu­ma­nist ma­hiy­yə­ti­ni ön pla­na çı­xa­rır­dı.

    H.Əh­mə­do­vun Azər­bay­can təh­sil və pe­da­qo­ji fi­kir ta­ri­xi sa­hə­sin­də apar­dı­ğı sis­tem­li təd­qi­qat­la­rı onun çox­şa­xə­li el­mi ya­ra­dı­cı­lı­ğı­nın mər­kə­zin­də da­ya­nır. O, tə­lə­bə­lik döv­rün­dən ta­rix el­mi­nin me­to­do­lo­gi­ya­sı­nı də­rin­dən mə­nim­sə­miş, fakt və ha­di­sə­lə­ri za­man və mə­kan kon­teks­tin­də də­yər­lən­dir­mə­yi, pe­da­qo­ji prob­lem­lə­ri isə mə­də­ni-ic­ti­mai və si­ya­si-iq­ti­sa­di şə­ra­it­lə əla­qə­lən­di­rə­rək təh­lil et­mə­yi öy­rən­miş­dir. Ya­ra­dı­cı­lı­ğı bo­yu bu prin­si­pə sa­diq qal­mış, təd­qi­qat­la­rın­da ta­ri­xi mən­bə­lər­dən is­ti­fa­də­yə nü­mu­nə­vi ya­naş­ma­nı nü­ma­yiş et­dir­miş­dir.

    Hü­seyn Əh­mə­dov pe­da­qo­ji təd­qi­qat fəa­liy­yə­ti­nə tər­bi­yə nə­zə­riy­yə­si sa­hə­sin­də baş­la­sa da, son­ra­dan diq­qə­ti­ni XIX əsr­də Azər­bay­can­da mək­təb təh­si­li­nin ta­ri­xi­nin öy­rə­nil­mə­si­nə yö­nəlt­­miş­dir. Bu məq­səd­lə o, Mosk­va, Sankt-Pe­ter­burq, Ba­kı, İrə­van, Həş­tər­xan və Tbi­li­si ki­mi şə­hər­lər­də yer­lə­şən döv­lət ar­xiv­lə­rin­də ay­lar­la iş­lə­yə­rək zən­gin em­pi­rik ma­te­ri­al top­la­mış, on­la­rı sis­tem­li şə­kil­də ana­liz et­miş­dir. Apa­rı­lan ço­xil­lik araş­dır­ma­la­rın nə­ti­cə­si ola­raq H.Əh­mə­dov “XIX əsr­də Azər­bay­can­da mək­təb təh­si­li­nin in­ki­şaf ta­ri­xi” möv­zu­sun­da dok­tor­luq dis­ser­ta­si­ya­sı­nı mü­da­fiə et­miş­dir. Bu dis­ser­ta­si­ya­nın ma­te­ri­al­la­rı 1985-ci il­də “XIX əsr Azər­bay­­can mək­tə­bi” adı ilə nəşr olun­muş­dur. Bu fun­da­men­tal əsər Azər­bay­can təh­sil ta­rix­şü­nas­lı­ğın­da mü­hüm mər­hə­lə təş­kil edir. Mü­əl­li­fin ço­xil­lik ar­xiv və ilk mən­bə araş­dır­ma­la­rı­na əsas­la­nan bu təd­qi­qat işin­də Azər­bay­can­da dün­yə­vi təh­si­lin tə­şək­kü­lü və in­ki­şaf ta­ri­xi­nin komp­leks mən­zə­rə­si təq­dim edi­lir. Əsər öz el­mi struk­tu­ru­na, məz­mun zən­gin­li­yi­nə və ana­li­tik də­rin­li­yi­nə gö­rə, yal­nız mil­li de­yil, həm də bey­nəl­xalq el­mi müs­tə­vi­də ma­raq do­ğu­ra bi­lə­cək sə­viy­yə­də­dir.

    H.Əh­mə­dov bu əsə­rin­də ilk də­fə ola­raq çar Ru­si­ya­sı­nın Cə­nu­bi Qaf­qaz­da, o cüm­lə­dən Azər­bay­can­da hə­ya­ta ke­çir­di­yi təh­sil si­ya­sə­ti­nin ma­hiy­yə­ti­ni el­mi əsas­lar­la araş­dır­mış, onun ideo­lo­ji və si­ya­si is­ti­qa­mət­lə­ri­ni də­rin­dən təh­lil et­miş, im­pe­ri­ya­nın böl­gə­də hə­ya­ta ke­çir­di­yi təh­sil si­ya­sə­ti­nin mər­kəz­ləş­dir­mə, rus­laş­dır­ma, xris­ti­an­laş­dır­ma və ümu­mi­lik­də ru­si­ya­laş­dır­ma məq­səd­lə­ri­nə xid­mət et­mə­si­ni əsas­lan­dır­mış­dır. Bu si­ya­sət va­si­tə­si­lə im­pe­ri­ya yer­li xalq­la­rı öz si­ya­si, di­ni və mə­də­ni kim­li­yin­dən uzaq­laş­dır­maq və on­la­rı rus im­pe­ri­ya­sı çər­çi­və­sin­də as­si­mil­ya­si­ya et­mək is­tə­yir­di.

    Əsə­rin mü­hüm el­mi mə­ziy­yət­lə­rin­dən bi­ri mü­əl­li­fin ilk qə­za mək­təb­lə­ri­nin, ib­ti­dai kənd mək­təb­lə­ri­nin və mü­səl­man mək­təb­lə­ri­nin ya­ran­ma­sı­nı si­ya­si, so­si­al, mə­də­ni və di­ni amil­lər kon­teks­tin­də araş­dır­ma­sı­dır. Açı­lan dün­yə­vi mək­təb­lər za­hir­də maa­rif­çi­lik ide­ya­la­rı­na söy­kən­sə də, ma­hiy­yət eti­ba­ri­lə ideo­lo­ji və si­ya­si tə­sir alət­lə­ri idi. Təd­ri­sin yal­nız rus di­lin­də apa­rıl­ma­sı, yer­li mü­əl­lim­lə­rin sı­xış­dı­rıl­ma­sı və mü­səl­man uşaq­la­rın xris­ti­an tə­si­ri­nə mə­ruz qal­ma­sı bu si­ya­sə­tin baş­lı­ca tə­za­hür­lə­ri idi.

    Əsər­də həm­çi­nin Qo­ri Mü­əl­lim­lər Se­mi­na­ri­ya­sı­nın mil­li pe­da­qo­ji kadr­la­rın ha­zır­lan­­ma­sın­da oy­na­dı­ğı ro­la xü­su­si diq­qət ye­ti­rən H.Əh­mə­dov se­mi­na­ri­ya­da təh­sil al­mış azər­bay­can­lı maa­rif­çi­lə­rin son­ra­kı fəa­liy­yə­ti­ni mil­li maa­rif sis­te­mi­nin tə­şək­kü­lü­nün əsas şərt­lə­rin­dən bi­ri ki­mi qiy­mət­lən­dir­miş­dir. O, bu mü­əl­lim­lə­rin yal­nız mək­təb­lər­də dərs de­mək­lə ki­fa­yət­lən­mə­di­yi­ni, həm də maa­rif­çi­lik ide­ya­la­rı­nın da­şı­yı­cı­la­rı, ana dil­li mək­təb­lə­rin və dərs­lik­lə­rin təb­li­ğat­çı­la­rı, ic­ti­mai-mə­də­ni oya­nı­şın və pe­da­qo­ji hə­rə­ka­tın apa­rı­cı si­ma­la­rı ol­du­ğu­nu vur­ğu­la­yır.

    Bu ya­naş­ma ilə H.Əh­mə­dov Azər­bay­can pe­da­qo­gi­ka­şü­nas­lı­ğı üçün ye­ni bir is­ti­qa­mə­tin – mil­li mü­əl­lim kadr­la­rı­nın for­ma­laş­ma­sı və on­la­rın maa­rif­çi­lik pro­se­sin­də ro­lu kon­teks­tin­də təh­li­lin əsa­sı­nı qoy­muş­dur. Bu, tək­cə struk­tur və fakt­la­rın de­yil, həm də fər­di təc­rü­bə­lə­rin və maa­rif­çi şəx­siy­yət­lə­rin fəa­liy­yət­lə­ri­nin sis­tem­li şə­kil­də araş­dı­rıl­ma­sı ba­xı­mın­dan əhə­miy­yət­li el­mi ye­ni­lik ki­mi qiy­mət­lən­di­ri­lə bi­lər. Bu onu gös­tə­rir ki, H.Əh­mə­dov ta­ri­xi-pe­da­qo­ji ir­si yal­nız xro­no­lo­ji ar­dı­cıl­lıq­la de­yil, həm də kon­sep­tu­al və funk­sio­nal as­pekt­dən öy­rən­miş, A.O.Çern­ya­­yevs­ki, F.Kö­çər­li, N.Nə­ri­ma­nov, R.Əfən­di­yev ki­mi maa­rif­çi­lə­rin pe­da­qo­ji gö­rüş­lə­ri­ni, ic­ti­mai-

    pe­da­qo­ji möv­qe­lə­ri­ni araş­dı­ra­raq on­la­rın təh­sil ta­ri­xin­də­ki funk­sio­nal ro­lu­nu üzə çı­xar­mış­dır. Bu ya­naş­ma, pe­da­qo­ji ir­sin öy­rə­nil­mə­sin­də şəx­siy­yət­lə­rin ideo­lo­ji möv­qe­yi, təh­sil fəl­sə­fə­si və prak­­tik fəa­liy­yə­ti ara­sın­da qar­şı­lıq­lı əla­qə­nin mü­əy­yən­ləş­di­ril­mə­si ba­xı­mın­dan əhə­miy­yət­li­dir.

    Əsər­də həm­çi­nin qa­dın təh­si­li­nin in­ki­şa­fı, maa­rif­çi­lik hə­rə­ka­tı­nın əsas is­ti­qa­mət­lə­ri, mək­­təb və məd­rə­sə­lər­də di­ni təh­si­lin məz­mu­nu, na­ta­mam (pro­gim­na­zi­ya) və or­ta mək­təb­lə­rin (gim­­na­­zi­ya) tə­şək­kü­lü, elə­cə də Ru­si­ya­da apa­rı­lan təh­sil is­la­hat­la­rı­nın Azər­bay­ca­na tə­si­ri ge­niş şə­kil­də işıq­lan­dı­rıl­mış­dır. Mü­əl­lif qa­dın təh­si­li mə­sə­lə­si­nə sa­də­cə fak­to­lo­ji de­yil, həm də so­si­al-fəl­sə­fi kon­tekst­də ya­naş­mış, onu mil­li in­ki­şa­fın gös­tə­ri­ci­si ki­mi də­yər­lən­dir­miş­dir. O, təh­si­lin yal­nız təş­ki­la­ti və in­zi­ba­ti as­pekt­lə­ri­ni de­yil, həm də dil, kim­lik, mə­də­ni trans­for­ma­si­ya, maa­rif­lən­dir­mə ki­mi as­pekt­lə­ri­ni də el­mi təh­lil ob­yek­ti­nə çe­vir­miş­dir.

    Bu is­ti­qa­mət­li araş­dır­ma­la­rı ilə H.Əh­mə­dov fak­ti­ki ola­raq XIX əsr Azər­bay­can mək­təb sis­te­mi­nin tam xə­ri­tə­si­ni ya­rat­ma­ğa na­il ol­muş­dur. Azər­bay­can təh­sil ta­ri­xi­nin ən dol­ğun və sis­­tem­li təd­qi­qat­la­rın­dan bi­ri olan “XIX əsr Azər­bay­can mək­tə­bi” əsə­rin­də o, yal­nız XIX əsr mək­­təb sis­te­mi­ni təq­dim et­mək­lə ki­fa­yət­lən­mir, həm də Azər­bay­can pe­da­qo­ji kim­li­yi­nin for­ma­­laş­ma­sı­na da­ir fun­da­men­tal el­mi bü­növ­rə ya­ra­dır. Əsə­rin əsas üs­tün­lük­lə­rin­dən bi­ri də mək­təb ta­ri­xi­nin yal­nız xro­no­lo­ji de­yil, fəl­sə­fi və ideo­lo­ji müs­tə­vi­də də­yər­lən­di­ril­mə­si­dir. H.Əh­mə­dov mək­tə­bi tək­cə maa­rif oca­ğı ki­mi de­yil, həm də mə­də­ni və si­ya­si tə­sir alə­ti, mil­li kim­li­yin qo­run­ma­sın­da və for­ma­laş­ma­sın­da mü­hüm va­si­tə ki­mi təq­dim edir. Bu kon­tekst­də o, təh­sil si­ya­sə­ti ilə mil­li mü­qa­vi­mət stra­te­gi­ya­la­rı - ana di­li, mil­li dərs­lik­lər və maa­rif­çi zi­ya­lı­la­rın fəa­liy­yə­ti – ara­sın­da­kı əla­qə­ni el­mi əsas­lar­la izah edir.

    Əsə­rin tə­bii və mə­də­ni də­yə­ri onun mək­təb sis­te­mi­ni yal­nız pe­da­qo­ji de­yil, həm də cə­miy­yə­tin mo­dern­ləş­mə­si, so­si­al struk­tu­run də­yiş­mə­si və mə­də­ni in­ki­şa­fın bir his­sə­si ki­mi araş­dır­ma­sı ilə bağ­lı­dır. O, mək­təb sis­te­mi­ni XIX əsr Azər­bay­can cə­miy­yə­tin­də ge­dən ideo­lo­ji, mə­də­ni və so­si­al trans­for­ma­si­ya­la­rın da­şı­yı­cı­sı ki­mi təq­dim et­mək­lə, təh­sil ta­ri­xi­ni ümum­mil­li in­ki­şaf kon­teks­tin­də qiy­mət­lən­dir­miş­dir.

    Əsər pe­da­qo­gi­ka və ta­rix­şü­nas­lıq el­mi ic­ti­ma­iy­yə­ti tə­rə­fin­dən yük­sək qiy­mət­lən­di­ril­miş­dir. SSRİ Pe­da­qo­ji Elm­lər Aka­de­mi­ya­sı­nın hə­qi­qi üzv­lə­ri M.Meh­di­za­də, N.K.Qon­ça­rov, A.Qur­­ba­nov, elə­cə də pro­fes­sor­lar Ə.Se­yi­dov, F.Kö­çər­li, M.Qa­zı­yev və A.Za­ma­nov bu təd­qi­qa­tı el­mi ye­ni­li­yi və me­to­do­lo­ji əsas­lan­dır­ma­sı ba­xı­mın­dan yük­sək də­yər­lən­dir­miş­lər. Ru­si­ya­lı təd­qi­qat­çı alim, pro­fes­sor N.K.Qon­ça­rov ya­zır­dı ki, “H.Əh­mə­dov va­cib bir ta­ri­xi-pe­da­qo­ji prob­le­min həl­li­nə gi­riş­miş və bu­na na­il ol­muş­dur.” Aka­de­mik M.Meh­di­za­də­nin fi­kir­lə­ri də xü­su­si­lə diq­qə­tə­la­yiq­dir: “Təd­qi­qat mək­təb təh­si­li­nin ümum­pe­da­qo­ji sa­hə­si­nin bö­yük bir his­sə­si­ni əha­tə edir, H.Əh­mə­do­vun dis­ser­ta­si­ya­sı ya­ra­dı­cı ax­ta­rı­şın məh­su­lu­dur.” Pro­fes­sor Ə.Se­yi­dov isə ya­zır­dı: “H.Əh­mə­dov xal­qı­mı­zın bir əsr­lik mək­təb təh­si­li­ni araş­dı­ra­raq mək­təb və pe­da­qo­ji fi­kir ta­ri­xi­mi­zi zən­gin­ləş­di­rib.”

    Aka­de­mik Hü­seyn Əh­mə­dov N.Tu­si, A.A.Ba­kı­xa­nov, M.Ş.Va­zeh, M.F.Axun­dov, H.Zər­­da­bi, S.Ə.Şir­va­ni, S.M.Qə­ni­za­də, A.O.Çern­ya­yevs­ki, M.Ə.El­xa­nov, F.B.Kö­çər­li, M.H.Rüş­diy­yə, S.B.Və­li­bə­yov, C.Məm­məd­qu­lu­za­də, M.T.Sid­qi, N.Nə­ri­ma­nov, Ü.Ha­cı­bə­yov, R.Əfən­di­za­də, Ə.Y.Se­­yi­dov və di­gər­lə­ri­nin pe­da­qo­ji ide­ya­la­rı­nı təd­qi­qa­ta cəlb et­miş, on­la­rın xalq maa­ri­fi, mək­təb təh­si­li, tə­lim-tər­bi­yə ilə bağ­lı fi­kir­lə­ri­ni aş­kar­la­mış, pe­da­qo­ji fik­rin qay­naq­la­rı­nı üzə çı­xar­mış, gənc nəs­lin tər­bi­yə­sin­də hə­min ir­sin əhə­miy­yə­ti­ni əsas­lan­dır­mış­dır. Bu araş­dır­ma­lar­da adı çə­ki­lən maa­rif­çi­lə­rin təh­sil və tər­bi­yə sa­hə­sin­də­ki nə­zə­ri ba­xış­la­rı, me­to­do­lo­ji ya­naş­ma­la­rı, maa­rif­çi­lik ide­ya­la­rı və mil­li kim­li­yin for­ma­laş­ma­sı­na ver­dik­lə­ri pe­da­qo­ji ide­ya­lar ümu­mi­­ləş­­di­ril­­miş, ta­ri­xi­lik və müa­sir­lik müs­tə­vi­sin­də şərh edil­miş, müa­sir təh­sil si­ya­sə­ti­nə in­teq­ra­­si­ya­­sı­nın im­kan­la­rı üzə çı­xa­rıl­mış­dır. Qeyd et­mək la­zım­dır ki, H.Əh­mə­dov Azər­bay­can­da təh­sil və pe­da­qo­ji fi­kir ta­ri­xi­nin təd­qi­qi, təb­li­ği və təd­ri­si sa­hə­sin­də bir mək­təb ya­rat­mış­dır.

    H.Əh­mə­do­vun mək­təb və pe­da­qo­ji fi­kir ta­ri­xi sa­hə­sin­də­ki təd­qi­qat­la­rı­nın prak­tik əhə­miy­yə­ti iki mü­hüm is­ti­qa­mət­də özü­nü gös­tə­rir. Bi­rin­ci is­ti­qa­mət – Azər­bay­can mək­təb­­lə­ri­­nin ta­ri­xi yad­da­şı­nın qo­run­ma­sı və maa­rif ic­ti­ma­iy­yə­tin­də pe­da­qo­ji ir­sə ma­ra­ğın ar­tı­rıl­ma­sı ilə bağ­lı­dır. Be­lə ki, prof. H.Əh­mə­do­vun tə­şəb­bü­sü və bi­la­va­si­tə el­mi fəa­liy­yə­ti nə­ti­cə­sin­də rəs­mi döv­lət qə­rar­la­rı ilə bir sı­ra şə­hər və kənd mək­təb­lə­ri­nin yu­bi­ley­lə­ri ge­niş şə­kil­də qeyd olun­muş, bu təd­bir­lər res­pub­li­ka­nın maa­rif ic­ti­ma­iy­­yə­ti tə­rə­fin­dən bö­yük rəğ­bət­lə qar­şı­lan­mış­dır. Təd­qi­qat­çı ali­min “100 yaş­lı Yu­xa­rı Sa­­lah­lı kənd mək­tə­bi” (1978), “100 yaş­lı Qar­ğa­ba­zar mək­tə­bi” (1983), “150 yaş­lı Şə­ki mək­tə­bi” (1983) və s. ad­lı mo­noq­ra­fi­ya və mə­qa­lə­lə­rin­də hə­min maa­rif ocaq­la­rı­nın ta­ri­xi in­ki­şaf yo­lu, on­­la­rın təh­si­lin ya­yıl­ma­sın­da və ic­ti­mai-mə­də­ni hə­ya­tın for­ma­laş­ma­sın­da oy­na­dı­ğı rol el­mi əsas­­lar­la işıq­lan­dı­rıl­mış­dır. Bu əsər­lər­də mək­təb­lə­rin nai­liy­yət­lə­ri, mə­zun­la­rı­nın son­ra­kı fəa­liy­yət­lə­ri, təh­sil ənə­nə­lə­ri­nin da­vam­lı­lı­ğı və müa­sir döv­rə tə­si­ri ge­niş şə­kil­də araş­dı­rıl­mış­dır. Bu təd­qi­qat­lar həm də maa­rif ta­ri­xi­nin lo­kal sə­viy­yə­də sə­nəd­ləş­di­ril­mə­si və gə­lə­cək nə­sil­lə­rə ötü­rül­mə­si ba­xı­­mın­dan xü­su­si önəm da­şı­yır.

    İkin­ci is­ti­qa­mət – bu təd­qi­qat­la­rın nə­ti­cə­lə­ri­nin pe­da­qo­ji təh­si­lin məz­mu­nu­na in­teq­ra­si­ya edil­mə­si və gə­lə­cək mü­əl­lim­lə­rin pe­şə­yö­nü­mün­də ro­lu ilə bağ­lı­dır. Be­lə ki, H.Əh­mə­do­vun tə­şəb­bü­sü ilə 1977-ci il­də ha­zır­lan­mış “Azər­bay­can­da mək­təb və pe­da­qo­ji fi­kir ta­ri­xi” ad­lı xü­­su­si kur­sun proq­ra­mı Azər­bay­can və rus dil­lə­rin­də çap olun­muş, son­ra­dan isə Azər­bay­can Pe­­da­­qo­ji İns­ti­tu­tun­da ( AD­PU), Nax­çı­van Pe­da­qo­ji İns­ti­tu­tun­da (NDU) və Tbi­li­si Pe­da­­qo­ji İns­ti­tu­tun­da uğur­la tət­biq olun­muş­dur. Bu kurs, gə­lə­cək mü­əl­lim­lə­rin pe­da­qo­ji dün­ya­­gö­rü­­şü­nün for­ma­laş­ma­sın­da və mil­li təh­sil ta­ri­xi­ni də­rin­dən mə­nim­sə­mə­sin­də mü­hüm rol oy­na­mış­dır. SSRİ Maa­rif Na­zir­li­yi­nin El­mi Me­to­dik Şu­ra­sı­nın 1981-ci il­də bu təc­rü­bə­ni yük­sək qiy­mət­­lən­­di­rə­­rək di­gər res­pub­li­ka­lar­da da ya­yıl­ma­sı­nı töv­si­yə et­mə­si bu tə­şəb­bü­sün el­mi-me­to­dik ba­xım­­dan də­yə­ri­ni təs­diq­lə­yir. Hə­min kurs əsa­sın­da ha­zır­la­nan rus və Azər­bay­can dil­lə­rin­də nəşr edi­lən “Azər­bay­can mək­təb və pe­da­qo­ji fi­kir ta­ri­xi” dərs­li­yi bu gün də pe­da­qo­ji ali mək­təb­lər­də is­ti­fa­də olu­nur və müa­sir mü­əl­lim ha­zır­lı­ğı sis­te­min­də öz ak­tu­al­lı­ğı­nı qo­ru­­maq­da­dır.

    H.Əh­mə­dov Azər­bay­can mək­təb və pe­da­qo­ji fi­kir ta­ri­xi­nin yal­nız də­rin bi­li­ci­si və ma­hir təd­qi­qat­çı­sı de­yil, ey­ni za­man­da bu sa­hə­nin la­yiq­li təb­li­ğat­çı­sı ki­mi ta­nı­nır­dı. Onun pe­da­qo­ji ir­si tək­cə el­mi-nə­zə­ri sə­viy­yə­də de­yil, həm də maa­rif­çi ide­ya­la­rın ge­niş ic­ti­ma­iy­yə­tə çat­dı­rıl­­ma­sı ba­xı­mın­dan xü­su­si əhə­miy­yət kəsb edir. H.Əh­mə­do­vun həm­mü­əl­li­fi ol­du­ğu mü­hüm nəşr­lər sı­ra­sın­da Mosk­va­da çap olu­nan, 40 çap və­rə­qi­ni əha­tə edən fun­da­men­tal “Azər­bay­can pe­da­qo­ji fi­kir an­to­lo­gi­ya­sı” xü­su­si yer tu­tur. Bu əsər Azər­bay­can pe­da­qo­ji ir­si­nin sis­tem­li şə­kil­də ümu­mi­ləş­di­ril­mə­si və İt­ti­faq sə­viy­yə­sin­də təq­di­ma­tı ba­xı­mın­dan qiy­mət­li mən­bə­dir.

    Ali­min el­mi araş­dır­ma­la­rı SSRİ Pe­da­qo­ji Elm­lər Aka­de­mi­ya­sı tə­rə­fin­dən nəşr edi­lən “SSRİ xalq­la­rı­nın mək­təb və pe­da­qo­ji fi­kir ta­ri­xi­nə da­ir oçerk­lər”in I və IV cild­lə­rin­də (Mosk­va, 1989, 1991), “Bö­yük Rus En­sik­lo­pe­di­ya­sı”nın 2 cild­lik “Rus pe­da­qo­ji en­sik­lo­pe­di­ya­sı”nda və 10 cild­lik “Azər­bay­can So­vet En­sik­lo­pe­di­ya­sı”nın IV–X cild­lə­rin­də öz ək­si­ni ta­pır. Bu nəşr­lər va­si­tə­si­lə H.Əh­mə­dov Azər­bay­can pe­da­qo­ji el­mi­ni tək­cə keç­miş SSRİ mə­ka­nın­da de­yil, həm də bey­nəl­xalq miq­yas­da uğur­la təb­liğ et­miş­dir.

    Azər­bay­can müs­tə­qil­lik qa­zan­dıq­dan son­ra H.Əh­mə­do­vun el­mi ya­ra­dı­cı­lı­ğın­da ye­ni bir is­ti­qa­mət for­ma­laş­ma­ğa baş­la­mış­dır. Bu mər­hə­lə­də o, türk­dil­li xalq­lar ara­sın­da elm və təh­sil sa­hə­sin­də əmək­daş­lı­ğa töh­fə ver­mək məq­sə­di­lə ge­niş­miq­yas­lı el­mi araş­dır­ma­la­ra baş­la­mış, “Av­ra­si­ya xalq­la­rı­nın mək­təb və pe­da­qo­ji fi­kir ta­ri­xi­nə da­ir oçerk­lər” ki­mi fun­da­men­tal təd­qi­qat əsə­ri­ni nəşr et­dir­miş­dir. Hə­min əsər­də Av­ra­si­ya coğ­ra­fi­ya­sın­da ya­şa­yan mü­səl­man və türk­dil­li xalq­la­rın mək­təb və pe­da­qo­ji fi­kir ta­ri­xi­ni əks et­di­rən zən­gin və bir-bi­ri­ni ta­mam­la­yan oçerk­lər təq­dim edil­miş, XIX əs­rin ikin­ci ya­rı­sı və XX əs­rin əv­vəl­lə­rin­də Tif­lis­də, Təb­riz­də, Ba­kı­da nəşr olun­muş ana dil­li dərs­lik­lər araş­dı­rıl­mış­dır.

    Bu nəşr­lər ara­sın­da N.De­ment­ye­vi­nin “Təm­sil­lər və he­ka­yə­lər” (Tif­lis, 1839), İ.Qri­qor­yev və M.Ş.Va­ze­hin “Ki­ta­bi-Tür­ki” (Təb­riz, 1855), A.O.Çern­ya­yevs­ki­nin “Və­tən di­li” (I his­sə, Tif­lis, 1882), Rə­şid bəy Əfən­di­ye­vin “Uşaq bağ­ça­sı” (Tif­lis, 1912), “Bə­si­rət-ül-ət­fal” (Ba­kı, 1901), A.Çern­ya­yevs­ki və S.Və­li­bə­yo­vun “Və­tən di­li” (II his­sə, Tif­lis, 1888), S.Və­li­bə­yo­vun “Qüd­rə­ti-Xu­da” (Tif­lis, 1888), Üze­yir Ha­cı­bə­yo­vun “He­sab mə­sə­lə­lə­ri” (Ba­kı, 1907) və di­gər dərs­lik­lər yer alır.

    H.Əh­mə­dov bu dərs­lik­lə­ri ərəb qra­fi­ka­sın­dan müa­sir la­tın əlif­ba­sı­na trans­li­te­ra­si­ya et­miş, izah və lü­ğət­lər əla­və et­mək­lə on­la­rı el­mi döv­riy­yə­yə qay­tar­mış, bu va­si­tə ilə mil­li təh­sil ta­ri­­xi­nin mü­hüm mən­bə­lə­ri­ni ye­ni nə­sil­lər üçün əl­ça­tan et­miş­dir.

    Aka­de­mik H.M.Əh­mə­do­vun ya­ra­dı­cı­lıq dia­pa­zo­nu ol­duq­ca ge­niş olub. O, pe­da­qo­gi­ka və pe­da­qo­gi­ka ta­ri­xi­nin ak­tu­al prob­lem­lə­ri­nə də­rin­dən nü­fuz et­miş, ori­ji­nal el­mi ya­naş­ma­la­rı ilə həm­kar­la­rı ara­sın­da yük­sək nü­fuz qa­zan­mış­dır. Hə­ya­tı­nın bü­tün mə­na­lı döv­rü­nü el­min in­­ki­şa­fı­na, mək­təb və pe­da­qo­ji fi­kir ta­ri­xi­nin təd­qi­qi­nə, təd­ri­si­nə və təb­li­ği­nə həsr et­miş­dir. Hü­seyn Əh­mə­dov də­qiq el­mi məz­mun, ay­dın və an­la­şıq­lı izah tər­zi, yığ­cam və məz­mun­lu ifa­də, mən­ti­qi ar­dı­cıl­lıq, inan­dı­rı­cı təq­di­mat və zən­gin me­to­dik apa­rat ki­mi müa­sir dərs­lik­lə­rə xas olan xü­su­siy­yət­lə­ri öz əsər­lə­rin­də uğur­la bir­ləş­di­rə­rək fun­da­men­tal pe­da­qo­ji mən­bə­lər ya­rat­mış­dır. Onun “Pe­da­qo­gi­ka­ya gi­riş” (1973), “Pe­da­qo­gi­ka ta­ri­xin­dən mü­ha­zi­rə mətn­lə­ri” (1987), “İda­rə­­et­mə­nin pe­da­qo­gi­ka və psi­xo­lo­gi­ya­sı” (2001), “Azər­bay­can­da mək­təb və pe­da­qo­ji fi­kir ta­ri­xi” (2014) dərs­lik­lə­ri ali pe­da­qo­ji təh­sil sis­te­min­də gə­lə­cək mü­əl­lim­lə­rin el­mi-nə­zə­ri bi­lik­­lə­ri­­ni for­ma­laş­dır­maq­la ya­na­şı, on­la­rın pe­şə-me­to­di­ki ha­zır­lı­ğı­nı da tə­min edir. Bu dərs­lik­lər pe­da­qo­ji pro­se­sin ma­hiy­yə­ti­ni, mil­li və ümum­bə­şə­ri pe­da­qo­ji ir­si, tə­lim-tər­bi­yə nə­zə­riy­yə­si­nin əsas prin­sip­lə­ri­ni və təh­sil ida­rə­çi­li­yi­nin el­mi əsas­la­rı­nı tə­lə­bə­lə­rə sis­tem­li şə­kil­də təq­dim edir. Tə­lə­bə­lər yal­nız nə­zə­ri bi­lik­lər­lə de­yil, həm də müa­sir təh­sil mü­hi­tin­də iş­lə­mək üçün zə­ru­ri olan prak­ti­ki ba­ca­rıq və kom­pe­ten­si­ya­lar­la si­lah­la­nır­lar.

    Hü­seyn Əh­mə­dov tək­cə təd­ris və el­mi-təd­qi­qat fəa­liy­yə­ti ilə de­yil, həm də pe­da­qo­ji tən­qid sa­hə­sin­də­ki məh­sul­dar işi ilə ta­nın­mış­dır. O, pe­da­qo­ji pro­se­sə is­ti­qa­mət ve­rən, tə­lim-tər­bi­yə işi­nin el­mi-me­to­di­ki əsas­la­rı­nı əks et­di­rən əsər­lə­ri ob­yek­tiv təh­lil edə­rək, on­la­rın məz­mun və for­ma ba­xı­mın­dan qiy­mət­lən­di­ril­mə­si­nə xü­su­si önəm ver­miş­dir. “Mir­zə Fə­tə­li Axun­dov əlif­ba dərs­li­yi yaz­­mış­­dır­­mı­­?” (1978), “Ta­rix hə­qi­qi­lik tə­ləb edir” (1992) və b. tən­qi­di mə­qa­lə­lə­rin­də el­mi ob­yek­tiv­lik, də­rin təh­lil, ar­qu­ment­lə­rin mən­ti­qi əsas­lan­dı­rıl­ma­sı və pe­da­qo­ji ba­xış­la­rın in­ki­şa­fı­na xid­mət edən konst­ruk­tiv ya­naş­ma ay­dın gö­rü­nür. O, uğur­lu pe­da­qo­ji ide­ya və me­tod­la­rın tət­bi­qi­ni təq­dir et­miş, təc­rü­bə­də sə­mə­rə ve­rən ye­ni­lik­lə­ri yük­sək də­yər­lən­dir­miş, ey­ni za­man­da, tə­lim-tər­bi­yə işin­də mü­şa­hi­də olu­nan nöq­san­la­rı, me­to­di­ki qey­ri-də­qiq­lik­lə­ri və pe­da­qo­ji pro­se­sin in­ki­şa­fı­na ma­ne olan ya­naş­ma­la­rı prin­si­pi­al möv­qe­dən tən­qid et­miş­dir. Onun ya­zı­la­rın­da tən­qid sa­də­cə irad bil­dir­mək məq­sə­di da­şı­ma­mış, ək­si­nə, hə­min irad­la­rın ara­dan qal­dı­rıl­ma­sı üçün el­mi əsas­lan­dı­rıl­mış töv­si­yə­lər təq­dim edil­miş­dir. Bu xü­su­siy­yət­lə­ri ilə Hü­seyn Əh­mə­do­vun tən­qi­di mə­qa­lə­lə­ri yal­nız mü­əy­yən mü­əl­lif­lə­rin ya­ra­dı­cı­lı­ğı­nın təh­li­li de­yil, həm də bü­töv­lük­də Azər­bay­can­da pe­da­qo­ji tən­qid mə­də­niy­yə­ti­nin for­ma­laş­ma­sı­na və in­ki­şa­fı­na xid­mət edən mü­hüm mən­bə ro­lu­nu oy­na­mış­dır.

    Hü­seyn Əh­mə­dov Azər­bay­can­da el­mi-pe­da­qo­ji kadr ha­zır­lı­ğın­da müs­təs­na xid­mət­lə­ri ilə se­çi­lən gör­kəm­li pe­da­qoq alim­dir. Onun rəh­bər­li­yi al­tın­da 50-dən ar­tıq pe­da­qo­gi­ka üz­rə fəl­sə­fə dok­to­ru, 5 nə­fər pe­da­qo­gi­ka elm­lə­ri dok­to­ru ha­zır­lan­mış­dır. Onun el­mi rəh­bər­lik fəa­liy­yə­ti yal­nız dis­ser­ta­si­ya iş­lə­ri­nin mü­da­fiə­si­nə qə­dər olan mər­hə­lə ilə məh­dud­laş­ma­mış, dok­to­rant­­la­rı­nın el­mi dü­şün­cə tər­zi­nin for­ma­laş­ma­sı­na, on­lar­da təd­qi­qat mə­də­niy­yə­ti­nin və me­to­do­lo­ji kom­pe­ten­si­ya­sı­nın in­ki­şa­fı­na xü­su­si diq­qət ye­tir­miş­dir. Ye­tir­mə­lə­ri­nin apar­dıq­la­rı araş­dır­ma­lar pe­da­qo­gi­ka­nın nə­zə­ri-me­to­do­lo­ji əsas­la­rı, mil­li-pe­da­qo­ji ir­sin təd­qi­qi, təh­sil və tər­bi­yə nə­zə­riy­­yə­si­nin tək­mil­ləş­di­ril­mə­si, mək­tə­bin ida­rə olun­ma­sı, mü­qa­yi­sə­li pe­da­qo­gi­ka, mək­tə­bə­qə­dər pe­­da­­qo­gi­ka ki­mi ge­niş sa­hə­lə­ri əha­tə et­miş­dir. Bu iş­lər sa­yə­sin­də öl­kə­də pe­da­qo­ji el­min in­ki­şa­fı­na əhə­miy­yət­li töh­fə­lər ve­ril­miş, el­mi mü­hit­də ye­ni nə­sil təd­qi­qat­çı­la­rın for­ma­laş­ma­sı tə­min olun­­muş­dur. Hü­seyn Əh­mə­do­vun el­mi rəh­bər­lik üs­lu­bu tə­ləb­kar ya­naş­ma ilə hu­ma­nist mü­na­si­bə­tin vəh­də­ti, təd­qi­qat­çı­ya ya­ra­dı­cı­lıq azad­lı­ğı ver­mək­lə ya­na­şı, onu el­mi in­ti­za­ma alış­dır­maq ki­mi xü­su­siy­yət­lə­ri ilə fərq­lə­nir­di. Onun for­ma­laş­dır­dı­ğı el­mi-pe­da­qo­ji mək­təb bu gün də öz el­mi ənə­nə­lə­ri­ni da­vam et­di­rə­rək ye­ni təd­qi­qat is­ti­qa­mət­lə­ri­nin ya­ran­­ma­­sı­na şə­ra­it ya­ra­dır.

    O, tək­cə Azər­bay­can­da de­yil, həm də MDB mə­ka­nın­da pe­da­qo­gi­ka el­mi­nin ta­nın­mış si­ma­la­rın­dan, pat­ri­arx­la­rın­dan bi­ri he­sab olu­nur. H.Əh­mə­do­vun pe­da­qo­ji ya­ra­dı­cı­lı­ğı ta­ri­xi araş­dır­ma, fəl­sə­fi təh­lil və prak­ti­ki tət­bi­qin qar­şı­lıq­lı əla­qə­si əsa­sın­da for­ma­la­şan, həm mil­li, həm də bey­nəl­xalq pe­da­qo­ji nə­zə­riy­yə­lə­rin in­ki­şa­fı­na töh­fə ve­rən fun­da­men­tal el­mi irs­dir.