IMCRA Publishing Platform

Online Manuscript Submission

Submit your manuscript to IMCRA Publishing through our secure editorial submission system. All submissions undergo editorial screening, academic evaluation, and peer review in accordance with scholarly publishing standards.

Manuscript Submission Form

Submitted manuscripts are evaluated by the editorial office based on originality, academic quality, relevance to the journal scope, ethical compliance, and scientific contribution.
  • PLENAR ÇIXIŞ: Aka­de­mik Hü­seyn Əh­mə­do­vun şəx­siy­yə­ti: gör­kəm­li alim, nü­mu­nə­vi ata

    Hümeyir Əhmədov
    Akademik Hüseyn Əhmədovun oğlu,
    pedaqoji elmlər doktoru, professor

     

    Aka­de­mik Hü­seyn Əh­mə­do­vun şəx­siy­yə­ti: gör­kəm­li alim, nü­mu­nə­vi ata

    Xü­la­sə

    Gör­kəm­li pe­da­qoq alim, aka­de­mik Hü­seyn Əh­mə­do­vun 100 il­lik yu­bi­le­yi­nə həsr olun­muş mə­qa­lə­də oğ­lu Hü­me­yir Əh­mə­do­vun ali­min zən­gin el­mi-pe­da­qo­ji fəa­liy­yə­ti, AD­PU-nun Ümu­mi pe­da­qo­gi­ka ka­fed­ra­sın­da­kı ço­xil­lik rəh­bər­li­yi, pe­da­qo­gi­ka el­mi­nə bəxş et­di­yi fun­da­men­tal təd­qi­qat­lar və for­ma­laş­dır­dı­ğı el­mi mək­təb ge­niş işıq­lan­dı­rı­lır. Ey­ni za­man­da, mə­ru­zə­də aka­de­mik Hü­seyn Əh­mə­do­vun doğ­ma Göy­çə ma­ha­lı­na, Tox­lu­ca kən­di­nə olan də­rin yurd həs­rə­ti, poe­tik mə­nə­vi dün­ya­sı, nə­cib in­sa­ni key­fiy­yət­lə­ri, mü­əl­lim və tə­lə­bə kol­lek­ti­vi­nə gös­tər­di­yi diq­qət və qay­ğı, elə­cə də öv­lad xa­ti­rə­lə­rin­də ya­şat­dı­ğı nü­mu­nə­vi ata ob­ra­zı yük­sək sə­mi­miy­yət­lə təq­dim olu­nur.

    Açar söz­lər:aka­de­mik Hü­seyn Əh­mə­dov, pe­da­qo­gi­ka ta­ri­xi, 100 il­lik yu­bi­ley, el­mi irs, xa­ti­rə­lər

    The Per­so­na­lity of Aca­de­mi­ci­an Hu­seyn Ah­ma­dov:

    Outstan­ding Sci­en­tist, Exemp­lary Fat­her

    Sum­mary

    De­di­ca­ted to the 100th an­ni­ver­sary of the pro­mi­nent pe­da­go­gi­cal sci­en­tist, Aca­de­mi­ci­an Hu­seyn Ah­ma­dov, this ar­tic­le high­lights the rich sci­en­ti­fic and pe­da­go­gi­cal ac­ti­vity of the scho­lar ba­sed on the pre­sen­ta­ti­on by his son, Hu­me­yir Ah­ma­dov. It ex­ten­si­vely co­vers his long-term lea­ders­hip at the De­part­ment of Ge­ne­ral Pe­da­gogy at Ba­ku Sta­te Uni­ver­sity (AD­PU), his fun­da­men­tal re­se­arch cont­ri­bu­ti­ons to pe­da­go­gi­cal sci­en­ce, and the sci­en­ti­fic scho­ol he es­tab­lis­hed. At the sa­me ti­me, the re­port warmly ref­lects Aca­de­mi­ci­an Hu­seyn Ah­ma­dov's de­ep lon­ging for his na­ti­ve Goyc­ha re­gi­on and Tox­lu­ca vil­la­ge, his poe­tic spi­ri­tu­al world, nob­le hu­man qua­li­ti­es, at­ten­ti­ve­ness and ca­re to­ward te­ac­hers and stu­dents, as well as the exemp­lary fat­her fi­gu­re pre­ser­ved in his son's me­mo­ri­es.

    Key­words: Aca­de­mi­ci­an Hu­seyn Ah­ma­dov, his­tory of pe­da­gogy, 100th an­ni­ver­sary, sci­en­ti­fic he­ri­ta­ge, me­mo­ri­es

    Bu gün bü­töv bir öm­rü­nü Azər­bay­can el­mi­nin, təh­si­li­nin və pe­da­qo­ji fi­kir ta­ri­xi­mi­zin işıq­lı sa­ba­hı­na həsr et­miş bö­yük alim, hə­yat və elm us­ta­dım – aka­de­mik Hü­seyn Əh­mə­do­vun 100 il­lik yu­bi­le­yin­də siz­lə­ri sa­lam­la­maq­dan bö­yük qü­rur his­si du­yu­ram. Onun el­mi ir­si­nə, xa­ti­rə­si­nə gös­tər­di­yi­niz bu ali diq­qə­tə, yu­bi­ley təd­bi­rin­də iş­ti­ra­kı­nı­za gö­rə ailə­miz adın­dan hər bi­ri­ni­zə son­suz hör­mət, də­rin min­nət­dar­lıq və eh­ti­ra­mı­mı bil­di­ri­rəm. Çı­xı­şı­ma ata­mın yaz­dı­ğı şe­ir­lə baş­la­maq is­tə­yi­rəm.

    He­yifs­lən­mə­dim hər ötən ana,

    Baş vur­dum Göy­çə tək bö­yük üm­ma­na,

    Düz­düm ipə-sa­pa ağ­rı-acı­mı,

    Yad et­dim el-oba, qar­daş-ba­cı­mı.

    Fik­rin oca­ğın­da şam ki­mi yan­dım,

    Yur­du­mu, yu­va­mı, kö­kü­mü an­dım...

    Əs­lin­də, atam bu şe­ir­də­ki duy­ğu­lar, hiss­lər qə­dər zə­rif, yu­xa qəlb­li, dün­ya­ya sev­gi do­lu ürək­lə bağ­lı poe­tik ruh­lu bir in­san idi. Üz­də nə qə­dər sərt, tünd­mə­caz gö­rün­sə də (bəl­kə də ol­sa da), qəl­bi, ürə­yi köv­rək idi, zə­rif idi. Dü­şü­nü­rəm ki, keç­di­yi hə­yat yo­lu, ömür ki­ta­bı, yurd-yu­va həs­rə­ti onu be­lə qa­rı­şıq duy­ğu­la­ra sa­hib adam et­miş­di...

    Ata­mız kök­lü-kö­məc­li bir nəs­lin, oca­ğın öv­la­dı olub. İlk mü­əl­li­mi – ba­ba­sı Mol­la Əh­məd­dən Qu­ran dərs­lə­ri­ni əxz edib, iman­lı bö­yü­yüb. Nəs­li­nin di­gər zi­ya­lı şəxs­lə­ri ki­mi təh­si­lə, el­mə yö­nə­lib. Atam ilk ön­cə Gən­cə elm və mə­də­niy­yət mü­hi­tin­də for­ma­la­şıb, təh­sil alıb. Pe­da­qo­gi­ka el­mi­nin sir­lə­ri­nə ka­mil şə­kil­də yi­yə­lə­nib, bu is­ti­qa­mət­də araş­dır­ma­la­ra baş­la­yıb. Özü də fər­qin­də ol­ma­dan ad­dım­la­dı­ğı keş­mə­keş­li yo­lun bö­yük, yo­rul­maz yol­çu­su­na çev­ri­lib.

    Tə­sa­dü­fi de­yil ki, uzun za­man­lar o dövr­də res­pub­li­ka­mız baş­da ol­maq­la, ey­ni za­man­da Or­ta Asi­ya, Er­mə­nis­tan, Gür­cüs­tan azər­bay­can­lı­la­rı üçün də mü­əl­lim, pe­da­qoq ha­zır­la­yan ye­ga­nə təd­ris oca­ğı olan AD­PU-nun Ümu­mi pe­da­qo­gi­ka ka­fed­ra­sı­na atam tam 35 il­dən ar­tıq rəh­bər­lik et­miş­dir. Onun pe­da­qo­gi­ka el­mi­nə bəxş et­di­yi 30 cild­li­yi, pe­da­qo­gi­ka el­mi­nin sir­lə­ri, təd­qi­qat­la­rı top­la­nan yo­rul­maz araş­dır­ma­la­rı­nın nə­ti­cə­si ki­mi el­mi-pe­da­qo­ji mü­hit­də bö­yük rəğ­bət­lə qar­şı­lan­mış­dır.

    Haqqn­da say­sız-he­sab­sız mə­qa­lə­lər, 18 ki­tab nəşr olun­muş­dur. Ata­mın o dövr­də SSRİ mü­hi­tin­də, sa­yı­lan-se­çi­lən pe­da­qoq alim­lər sı­ra­sın­da ön­cül möv­qe­yi var­dı. Elm yo­lun­da sərf et­di­yi əmə­yi, zəh­mə­ti hər za­man diq­qə­tə alı­nıb, araş­dır­ma­la­rı yük­sək qiy­mət­lən­di­ri­lib. Atam – Hü­seyn Əh­mə­dov Azər­bay­can SSR-in “Qa­baq­cıl maa­rif xa­di­mi”, “SSRİ maa­rif əla­çı­sı”, Azər­bay­can Res­pub­li­ka­sı­nın “Əmək­dar ali mək­təb iş­çi­si” fəx­ri ad­la­rı­na la­yiq gö­rü­lüb.

    Uğur­lu şə­kil­də elm­lər na­mi­zəd­li­yi, elm­lər dok­tor­lu­ğu dis­ser­ta­si­ya­la­rı­nı mü­da­fiə edib; do­sent, elm­lər dok­to­ru, pro­fes­sor yük­sək el­mi də­rə­cə və ad­la­rı­na la­yiq gö­rül­müş­dür. Atam pe­da­qo­gi­ka el­mi sa­hə­sin­də ye­tiş­mə­sin­də, ucal­ma­sın­da əmə­yi ke­çən, onun el­mi rəh­bə­ri ol­muş pro­fes­sor Əh­məd Se­yi­do­vu öm­rü bo­yu min­nət­dar­lıq­la, hör­mət­lə xa­tır­la­yar­dı. Pro­fes­sor Əh­məd Se­yi­dov, mə­lum ol­du­ğu ki­mi, Qo­ri Mü­əl­lim­lər Se­mi­na­ri­ya­sı­nın so­nun­cu mə­zun­la­rın­dan idi. El­mi rəh­bə­ri­nə son­suz eh­ti­ram ni­şa­nə­si ki­mi, son­ra­lar – 2009-cu il­də atam Qo­ri Mü­əl­lim­lər Se­mi­­na­ri­ya­sı­nın Azər­bay­can şö­bə­si­nin ya­ra­dıl­ma­sı­nın 130 il­li­yi mü­na­si­bə­ti­lə də­yər­li bir məc­muə-al­bom nəşr et­dir­di. Bu də­yər­li və­sai­tə yaz­dı­ğı “Ön söz”də qeyd edir­di ki: “Bu­ra­da se­mi­na­ri­ya­nın mü­əl­lim və mə­zun­la­rı­nın bö­yük bir dəs­tə­si­nin fo­to­port­ret­lə­ri və on­la­rın el­mi-pe­da­qo­ji fəa­liy­yə­ti haq­qın­da bil­gi­lər ver­mə­yə ça­lış­mı­şam”.

    Atam qə­dir­şü­nas­lıq­la bu əsər­də hör­mət­li el­mi rəh­bə­ri prof. Əh­məd Se­yi­do­va xü­su­si sə­hi­fə­lər həsr et­miş­dir.

    Atam öm­rü bo­yu təh­si­li­mi­zin ta­ri­xi, pe­da­qo­gi­ka el­min­də ye­ni ba­xış­lar, va­li­deyn-öv­lad, mü­əl­lim-tə­lə­bə mü­na­si­bət­lə­ri­nin za­man­la mü­tə­na­sib­li­yi və ailə də­yər­lə­ri­nin ye­ni məz­mu­nu­nun ax­ta­rı­şın­da idi. Hər za­man onu evi­miz­də­ki iş ota­ğın­da – ki­tab, ar­xiv ma­te­ri­al­la­rı ilə do­lu ya­zı ma­sa­sı­nın ar­xa­sın­da gö­rər­dim. Hər işi mü­kəm­məl gör­mə­yi xoş­la­yar­dı. Çox yax­şı xa­ti­rim­də­dir ki, aka­de­mik Meh­di Meh­di­za­də­nin el­mi məs­lə­hət­çi­li­yi ilə yaz­dı­ğı “XIX əsr Azər­bay­can mək­tə­bi” fun­da­men­tal əsə­ri­nin üzə­rin­də Mosk­va, Sankt-Pe­ter­burq, Tif­lis, Ka­zan, İrə­van, Gən­cə ar­xiv­­lə­rin­­də ay­lar­la, gün­lər­lə aram­sız iş­lə­yər­di... Nə­ti­cə­də, Azər­bay­can pe­da­qo­ji alə­mi­nə, ümu­miy­yət­lə, el­mi­mi­zə əsas­lı sə­nəd­lə­rə da­ya­lı mö­tə­bər bir ki­tab təq­dim et­di: Azər­bay­can mək­təb ta­ri­xi­nin bü­töv bir əsr­lik döv­rü­nü (XIX əsr) zər­gər də­qiq­li­yi ilə iş­lən­miş bir xə­zi­nə­si­ni – bil­gi­lər sis­te­mi­ni el­mi-pe­da­qo­ji ta­ri­xi­mi­zə bəxş et­di.

    Mən ina­nı­ram ki, onun bir alim ki­mi pe­da­qo­gi­ka el­mi­nə həsr et­di­yi əsər­lər elm ta­ri­xin­də özü­nə­məx­sus yer tut­maq­da­dır. Onun “Azər­bay­can pe­da­qo­ji fi­kir an­to­lo­gi­ya­sı”, “Av­ra­si­ya xalq­­la­rı­­nın pe­da­qo­ji fi­kir ta­ri­xi”, “İda­rə­et­mə­nin pe­da­qo­gi­ka­sı və psi­xo­lo­gi­ya­sı”, “Azər­bay­can mək­təb və pe­da­qo­ji fi­kir ta­ri­xi” ad­lı iri həcm­li mo­nu­men­tal təd­qi­qat iş­lə­ri mil­li mək­təb, təh­sil və pe­da­qo­ji elm sa­hə­lə­ri­nin ay­rıl­maz tər­kib his­sə­si­dir...

    Eli­mi­zin və el­mi­mi­zin bö­yük ali­mi Hü­seyn mü­əl­lim həm təd­qi­qat­çı, həm də mü­əl­lim idi, çox­say­lı ye­tir­mə­lə­ri var­dı. Bü­tün bu sa­da­la­nan­lar­dan əv­vəl isə o, bir ailə baş­çı­sı, va­li­deyn, ba­ba və El Ata­sı idi...

    Ata­mı do­ğul­du­ğu Göy­çə ma­ha­lı­na bən­zə­dər­dim. Onun di­lin­dən Tox­lu­ca kən­di­nin da­ğı, da­şı, su­yu, tor­pa­ğı, bit­ki­si, mey­və­si, ha­va­sı düş­məz­di. Elə bi­lir­dim ki, da­ğın­dan, da­şın­dan, qa­ya­sın­dan qop­muş yur­du­nun bir par­ça­sı­dır. Dər­di ürə­yin­də gəz­di­rib, duy­ğu­la­rı­nı sö­zə çe­vi­rib, göz yaş­la­rın­da bo­ğar­dı. Doğ­ma yurd, tor­paq həs­rə­ti ona öm­rü bo­yu ra­hat­lıq ver­mə­di.

    Aşıq mu­si­qi­si­ni çox se­vir­di, aşıq ha­va­la­rı­nı, klas­sik aşıq­lar­dan par­ça­la­rı əz­bər bi­lir­di. Hət­ta el­mi ya­ra­dı­cı­lıq­la məş­ğul ol­du­ğu vaxt­lar­da iş ota­ğın­dan ahəs­tə səs­lə aşıq mu­si­qi­si sə­da­la­rı eşi­di­lər­di. Be­lə­cə, həs­rə­ti­ni ovu­dar­dı...

    Ara­mız­dan ay­rıl­ma­sın­dan ke­çən bu qı­sa (am­ma mə­nim üçün çox uzun...) müd­dət ər­zin­də onun ne­cə mə­tin, dö­züm­lü, dər­di­ni için­də çə­kən bi­ri ol­du­ğu­nun fər­qi­nə va­rı­ram. Də­rin zə­ka­ya, yük­sək mən­ti­qə sa­hib ol­ma­sı sə­bə­bin­dən idi ki, son­da ha­mı onun fi­kir­lə­ri ilə ra­zı­la­şar­dı. Xoş­xa­siy­yət, yar­dım­se­vər, ey­ni za­man­da dü­rüst və əda­lət­li idi.

    O, ailə­miz və onu se­vən­lər üçün düz­gün­lük, iman, əx­laq eta­lo­nu idi. Heç bir za­man özün­dən bö­yük­lər­dən hör­mə­ti, iz­zə­ti, diq­qət və qay­ğı­nı əsir­gə­məz­di. Hə­yat yo­lu­na nə­zər sal­dıq­da ana­sı­na olan mü­na­si­bə­tin gənc nə­sil üçün bir ör­nək ro­lu oy­na­dı­ğı­nı söy­lə­yə bi­lə­rik.

    Bö­yü­dük­cə, ata­mın də­rin bil­gi­si, mə­nə­vi dün­ya­sı, zən­gin hə­yat təc­rü­bə­si ilə ya­xın­dan ta­nış ol­duq­ca onu sa­də­cə bir ata ki­mi de­yil, da­ha çox eti­bar­lı da­ya­ğım, hə­yat rəh­bə­rim ki­mi sev­dim.

    O, mə­nim və ailə­mi­zin yol­gös­tə­ri­ci­si, işı­ğı idi. Biz mək­təb­də, ət­raf mü­hit­də öy­rə­nə bil­mə­dik­lə­ri­mi­zi onun di­lin­dən eşi­dər­dik; hə­qi­qə­ti, ger­çək­lə­ri on­dan öy­rə­nər­dik, baş ve­rən ha­di­sə­lə­ri ne­cə müd­rik­cə­si­nə an­lat­ma­ğa ça­lış­dı­ğı­nın şa­hi­di olur­duq. Keç­mi­şin, bu gü­nün doğ­ru-yan­lış dərs­lə­ri­ni bi­zə izah edər, yo­lu­mu­za ay­dın­lıq gə­ti­rər­di. Özü o qə­dər ay­dın fi­kir­li, sə­lis dü­şün­cə­li idi ki, heç za­man sa­hib ol­du­ğu ni­zam-in­ti­za­mı poz­maz­dı. Hər za­man bi­zə də də­qiq, əda­lət­li, vic­dan­lı ol­ma­ğı töv­si­yə edər­di. Dərs­lə­ri­miz­lə ay­rı­ca məş­ğul olar, dost­la­rı­mız­la ma­raq­la­nar­dı. Ba­cı­la­rı­ma qar­şı xü­su­si həs­sas­lı­ğı var idi, on­la­ra da­ha çox meh­ri­ban­lıq edər­di. Ata­mın ət­ra­fın­da hər za­man elm, mə­də­niy­yət sa­hə­si­nin adam­la­rı olar­dı, dost­la­rı­na çox sa­diq idi.

    Bil­mi­rəm acı ta­le­yin­dən, yox­sa çək­di­yi ata nis­ki­li və yurd həs­rə­ti sə­bə­bin­dən do­la­yı öz həm­və­tən­lə­ri­nə çox bağ­lı idi; on­la­rı qo­ru­yar, im­kan da­xi­lin­də təh­si­lə yi­yə­lən­mə­lə­rin­də, iş­lə tə­min olun­ma­la­rın­da əlin­dən gə­lə­ni əsir­gə­məz­di.

    Ata­mın “Xa­ti­rə­lə­rim” ad­lı ki­ta­bı­na nə­zər ye­tir­dik­də 50 il­dən son­ra Gən­cə­yə ge­dib ilk gənc­lik il­lə­ri­ni, təh­sil al­dı­ğı elm oca­ğı­nı, si­nif ota­ğı­nı, tə­lə­bə dost­la­rı­nı yad et­mə­si­nin şa­hi­di ol­dum. Ata­mın Gən­cə­də ya­şa­yar­kən tə­lə­bə­lik il­lə­rin­də “ta­lon­la 500 qram çö­rək al­dı­ğı” ma­ğa­za­ya baş çək­mə­si haq­qın­da da­nış­dıq­la­rı­nı anı­ram və onun nis­gi­li­ni an­la­yı­ram...

    Atam şe­ir­lə­ri­nin bi­rin­də ya­zır­dı ki:

    “Və­tə­nin qoy­nun­da dəfn edin mə­ni,

    ...Ana­mın ya­nın­da dəfn edin mə­ni...”

    Mən öm­rü­nü el­mə, təh­si­lə, alim­lər ye­tiş­dir­mə­yə həsr et­miş atam haq­qın­da ya­zı­nı nik­bin ruh­da bi­tir­mək is­tə­yi­rəm. Özü­nün söy­lə­di­yi ki­mi:

    İnam­lı in­san tək ömür elə­dim mən,

    İla­hi bir el­min qa­pı­sı­nı aç­dım.

    Ki­tab­lar nu­ru­nu kön­lü­mə saç­dım.

    ...Ba­şı­mı ki­tab­lar üs­tü­nə qoy­dum,

    El­min ləz­zə­tin­dən kam alıb doy­dum.

    Bar­lı ağac ki­mi qol-bu­daq at­dım,

    Ya­şa­dım dün­ya­da məğ­rur, gü­lər, şən,

    Hə­yat­da ta­rix tək ya­şa­ya­cam mən!

    Əziz atam, ye­ni yü­zil­li­yə kör­pü sa­lan “ömür kar­va­nın” mü­ba­rək ol­sun!